
MediClub laboratoriyası 1998-ci ildən, MediClub Poliklinika açıldığı andan, fəaliyyət göstərir.
MediClub klinikasının nəzdində fəaliyyət göstərən laboratoriyada biomaterialın qəbulu, qeydiyyatı və tədqiqatı həftənin 7 günü 24 saat ərzində aparılır.
MediClub KIDS və MediClub Gəncə klinikalarının iş rejimi 8.00-dən 20.00-ə qədərdir. Bundan əlavə, bizim səyyar briqadaların mütəxəssisləri tərəfindən biomaterialın evdə götürülməsi də mümkündür.

MediClub klinikasının laboratoriyası müxtəlif növ analizlərin aparıldığı müasir və geniş profilli diaqnostika mərkəzidir. Biz 2000 müxtəlif addan artıq müayinə həyata keçiririk. Bu müayinələrə kliniki, allerqoloji, immunoloji, biokimyəvi, hemostaz, bakterioloji, toksikokimyəvi və genetik tədqiqatlar daxildir. Ümumilikdə laboratoriyamız filialları ilə birlikdə il ərzində 100 000-dən artıq pasiyenti qəbul edir və 500 000-dən artıq müayinə aparılır. COVID-19 pandemiyası dövründə laboratoriyamız tərəfindən 700.000-dən artıq COVID-müayinəsi keçirilmişdir.
MediClub laboratoriyası Azərbaycanın 2015-ci ildən etibarən RIQAS (Böyük Britaniya) xarici keyfiyyət qiymətləndirmə proqramında iştirak edən ilk laboratoriyasıdır. Son 10 il ərzində və hal-hazırda hər ay onlarla proqram üzrə RIQAS çərçivəsində keyfiyyətə nəzarətdən uğurla keçirilir.
2019-ci ildən etibarən MediClub parallel olaraq Bio-Rad EQAS® (ABŞ) xarici qiymətləndirmə proqramı ilə də işləyir.
MediClub laboratoriyası LabCred (Böyük Britaniya) tərəfindən aparılan xarici və daxili auditdən keçmişdir.

Laboratoriyamız hər il ISO 9001 və ISO 45001 beynəlxalq keyfiyyət və təhlükəsizlik standartları üzrə auditdən keçir. MediClub laboratoriyasının bütün əməkdaşları böyük iş təcrübəsinə malik sertifikatlı mütəxəssislərdir. Bundan əlavə, beynəlxalq standartlara uyğun olaraq Azərbaycan ərazisində su və qida məhsullarının bakterioloji analizini, həmçinin suyun kimyəvi analizini həyata keçiririk. Ölkədə yalnız bizim laboratoriyada suyun Legionella bakteriyalarına qarşı yoxlanılması aparılır.
Niyə MediClub laboratoriyası?
✔ Beynəlxalq RIQAS sertifikatları – Böyük Britaniyanın müstəqil laboratoriyası tərəfindən keyfiyyətə nəzarət
✔ Geniş spektrli müayinələr:
■ Allerqologiya – Azərbaycanda yalnız MediClub klinikasında yüksək spesifik ImmunoCAP® texnologiyası ilə Phadia 200 cihazında aparılır. Bu metod allerqologiyada “qızıl standart” hesab olunur.
■ İmmunoloji tədqiqatlar – vitaminlər, hormonlar, onkomarkerlər və digər göstəricilər daxil olmaqla təxminən 200 parametr.
■ Biokimyəvi tədqiqatlar – qan qazları, mikroelementlər, biokimyəvi testlər və elektrolitlər daxil olmaqla 300-dən çox analiz.
■ Hematoloji tədqiqatlar – retikulositlərin və leykoformulanın mikroskopiyası icra olunur. Mütəxəssislərimiz mikroskop altında leykoformulanı qiymətləndirərək leykosit sayımı, atipik hüceyrələrin təyini və digər müayinələri həyata keçirirlər.
■ Hemostaz tədqiqatları – D-dimer, Antitrombin, INR (Beynəlxalq Normallaşdırılmış Nisbət) və digər əsas göstəricilər yoxlanılır.
■ Mikrobioloji tədqiqatlar – laboratoriyamızda ay ərzində 700-dən çox bakterioloji müayinə aparılır. Hər pasiyent üçün minimal inhibəedici antibiotik dozası müəyyən edilir.
■ Genetik tədqiqatlar – nadir irsi xəstəliklər və hamiləlik dövründə tətbiq olunan genetik testlər daxil olmaqla müxtəlif analizlər həyata keçirilir.
■ PCR diaqnostikası – müasir metodlarla virus və bakteriyaların, o cümlədən yeni virus növlərinin təyini aparılır.
■ Pasiyentin seçiminə uyğun olaraq müayinələrin xaricə göndərilməsi də mümkündür (Türkiyə, ABŞ və s.).
✔ Analiz nəticələri 3 dildə təqdim olunur
✔ Nəticələr e-mail və WhatsApp vasitəsilə göndərilir – klinikaya yenidən gəlməyə ehtiyac qalmır
✔ 24/7 rejimində fəaliyyət göstəririk
Sualınız var? Biz sizin xidmətinizdəyik!
Tel./WhatsApp: 051 201 59 60
Qaynar xətlər:
Azercell abonentləri üçün – 6913
Bakcell abonentləri üçün – 613





