Təlim mərkəzi

Təlim mərkəzi
 

MediClub klinikasının sənaye təbabəti şöbəsinin nəzdində regional mərkəz olan və 2014-ci ildə Amerika Ürək Assosiyası (American Heart Association) tərəfindən beynəlxalq sertifikatların verilməsi ilə təlimlərin keçirilməsi üzrə sertifikasiyadan keçən təlim mərkəzi fəaliyyət göstərir.

MediClub-ın təlim mərkəzində il ərzində ortalama 56 şirkət üçün iştirakçı sayı 1 000 nəfəri aşan 200-dən artıq kurslar keçirilir.

Mərkəzin fəaliyyətin əsas istiqamətləri aşağıdakılardır:
■ tibb işçilərininin ixtisasının artırılması;
■ qeyri-tibb işçiləri üçün ilk yardım təlimlərinin keçirilməsi.

Təlim mərkəzi
 

Kurslar fiziki şəxslər və təşkilatlar üçün nəzərdə tutulub. Təlimlər bu sahədə böyük təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilir.

Həkimlər və feldşerlər üçün beynəlxalq sertifikatların verilməsi ilə aşağıdakı təkmilləşmə kursları keçirilir:
■ BLS: Basic Life Support (təməl həyata dəstək təlimi);
■ ACLS: Advanced Cardiovascular Life Support (Təkmil (Kardiovaskulyar) Həyata Dəstək Kursu);
■ ATLS: Advanced Trauma Life Support (Travmada Təkmil Həyata Dəstək Kursu).

Təlim mərkəzi
 

Basic Life Support (BLS)


Basic Life Support - həyat üçün təhlükə yaradan vəziyyətdə olan şəxslərə təxirəsalınmaz tibbi yardımın göstərilməsi kursudur (tənəffüsün dayanması, ürək dayanması, çeçəmələr).

Kursun məzmunu:
■ Böyüklərdə/uşaqlarda/körpələrdə bir xilasedici tərəfindən avtomatik xarici defibrillatordan (AED) istifadə olunmaqla ürək-ağciyər reanimasiyası (CPR);
■ Böyüklərdə/uşaqlarda/körpələrdə iki xilasedici tərəfindən avtomatik xarici defibrillatordan (AED) istifadə olunmaqla ürək-ağciyər reanimasiyası (CPR);
■ Böyüklərdə/uşaqlarda/körpələrdə ürək-ağciyər reanimasiyasının fərqləri;
■ Böyüklərdə/uşaqlarda/körpələrdə süni tənəffüsün icrası;
■ Böyüklərdə/uşaqlarla/körpələrlə Ambu kisəsi və maska vasitəsilə süni və dəstəkləyici ventilyasiya;
■ Böyüklərlə/uşaqlarla/körpələrdə tənəffüs yollarının yad cisim ilə obstruksiyasının təyini və kənarlaşdırılması.

Advanced Cardiovascular Life Support (ACLS)


Advanced Cardiovascular Life Support (ACLS) – spontan qan dövranının və tənəffüs yollarının keçiriciliyinin bərpasına yönəlik təxirəsalınmaz tibbi yardımın göstərilməsi.

Kursun məzmunu:
■ ürəyin effektiv xarici masajı, Ambu kisəsi və maska, həmçinin, avtomatik xarici defibrillator (AED) tətbiqini nəzərdə tutan təməl həyata dəstək tədbirləri;
■ tənəffüs və qan dövranının dayanmasının təsbit edilməsi və təxirəsalınmaz yardımın göstərilməsi;
■ qan dövranının dayanmasına səbəb olan halların təyin edilməsi və təxirəsalınmaz yardımın göstərilməsi;
■ tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi;
■ kəskin koronar sindrom;
■ beyin qan dövranının kəskin pozulması;
■ ürək ritminin və keçiriliciyinin həyata təhlükə yaradan pozulması hallarının təsbiti və təxirəsalınmaz yardımın göstərilməsi;
■ reanimasiya briqadasının üzvü və lideri kimi effektiv işləmə;
■ reanimasiya briqadasının effektiv işləməsi;
■ müalicə protokolları, standartları və sxemləri.

Advanced Trauma Life Support (ATLS)


Advanced Trauma Life Support (ATLS) — travmalar zamanı tibbi yardımın göstərilməsi üzrə mütəxəssislər (həkimlər) üçün təlim kursları.

Təlim mərkəzi
 

First Aid Training kursu


Qeyri-tibb işçiləri üçün First Aid Training kursu keçirilir (təməl “İlk yardımın göstərilməsi” kursu).

Bu kurs zamanı ilk yardımın göstərilməsi qaydaları nəzəri və praktiki cəhətdən vərdişlərin manekenlər üzərində aparılması ilə izah olunurlar. Kurs yekunlaşdıqda test imtahanını müvəffəqiyyətlə verən şəxslərə First Aider sertifikatları təqdim edilir.

İlk təxirəsalınmaz tibbi yardım kursunda aşağıda sadalanan vərdişlər təkmilləşdirilir:
■ həyata təməl dəstək: (hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, həyat əlamətlərinin dəyərləndirilməsi, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, təcili (təxirəsalınmaz) yardım briqadasının çağırılması alqoritmi, ürək-ağciyər reanimasiyasının aparılması;
■ zərərçəkmiş şəxsə stabil vəziyyətin verilməsi;
■ suda boğulmalar zamanı yardımın göstərilməsi;
■ AXD-dan (avtomatik xarici defibrillator) istifadə;
■ Kəskin miokard infarktı, stenokardiya, insult (beyin qan dövranının kəskin pozulması) hallarının təsbit edilmə və ilk yardımın göstərilməsi alqoritmi;
■ Travmalar zamanı ilk yardımın göstərilməsi (sınıqlar, çıxıqlar, yumşaq toxumanın əzilməsi);
■ Kritik qanaxmaların dayandırılması (sıxıcı sarğının və turnanın qoyulması);
■ Yüksək və aşağı temperaturun təsiri nəticəsində termiki zədələnmələr hallarında yardım;
■ Qıcolmalar və zəhərlənmələr zamanı yardımın göstərilməsi.

Təlim mərkəzi