MediClub KIDS Uşaq Poliklinikası

MediClub KIDS Uşaq Poliklinikası
 

2006-cı ildə Azərbaycanda ilk özəl uşaq klinikası MediClub Pediatriya açılıb ki, 2019-cu ildə ondan bütün tələb olunan diaqnostik və müalicəvi avadanlıqlı MediClub KİDS profilli uşaq poliklinikası ayrılıb və yeni ünvanda yerləşir.

MediClub KIDS Uşaq Poliklinikası
 

Poliklinikada bütün əsas tibb sahələri üzrə uşaq mütəxəssisləri qəbul aparır:

■ pediatrlar;
■ nevroloq;
■ qastroenteroloq;
■ kardioloq;
■ allerqoloq;
■ pulmonoloq;
■ otorinolarinqoloq;
■ infeksionist;
■ revmatoloq;
■ dermatoloq və s.

MediClub KIDS Uşaq Poliklinikası
 

Poliklinika, bazar günü də daxil olmaqla, səhər saat 8:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərir. Gündəlik qəbul 8 pediatr və 8 ixtisaslaşmış həkim tərəfindən aparılır. Poliklinikaya hər gün orta hesabla 90-100 uşaq müraciət edir.

MediClub KIDS Uşaq Poliklinikası
 

Evdə təxirəsalınmaz yardım göstərmək zərurəti yarandıqda, evdə gündüz stasionarı təşkil etmək, eləcə də dar mütəxəssislərin evə ziyarəti imkanı ilə, gündəlik növbətçi pediatr fəaliyyyət göstərir.

Uşaq poliklinikasının diaqnostika imkanları laborator və instrumental müayinələr kompleksi ilə təmsil olunur:

■ rentgen;
■ USM;
■ EEQ;
■ EKQ;
■ ExoKQ;
■ otorinolarinqoloq otağında müasir endoskopik avadanlıq.

Adi ensefaloqramma (EEQ) ilə yanaşı gecə EEQ monitorinqi aparılır.

Həkimlərə vaxtında diaqnoz qoymağa kömək üçün hər növ laborator müayinələr aparılan ekspress laboratoriya fəaliyyət göstərir.

Uşaqların bütün yaş qruplarına fərdi peyvənd planı hazırlanır. Fövqəladə hallarda aktiv immunizasiya aparılır (tetanus, quduzluq əleyhinə).

Uşaq vaksinasiyası


Uşaqların bütün yaş qruplarını əhatə edən milli peyvənd təqviminə əsasən planlı vaksinasiya aparılır.

MediClub KIDS Uşaq Poliklinikası
 

Xroniki xəstəlikləri olan uşaqlar dispanser qeydiyyatda saxlanılır ki, buna uşağı təkib edən pediatr və dar ixtisas mütəxəssisləri aktiv cəlb olunurlar. Müntəzəm olaraq telefonla həkimin uşağın valideynləri ilə təmasınından ibarət patronaj aparılır ki, bu zaman uşağa qulluq və qidalanmaya dair tövsiyələr verilir və təyin olunmuş müalicəyə nəzarət həyata keçirilir.

MediClub KIDS uşaq poliklinikasının bazasında fəliyyət göstərən 6 çarpayılıq gündüz stasionarı gecə-gündüz tibbi nəzarət tələb edilməyən uşaq və yeniyetmələrə diaqnostik və müalicəvi proseduraların aparılmasını nəzərdə tutur.

MediClub KIDS Uşaq Poliklinikası
 

Yoluxucu xəstəliyə şübhə olduğu hallarda poliklinikaya daxil olan uşaqlar fərdi tibbi postu və küçəyə ayrıca çıxışı olan əlahiddə izolyasiya palatasına (boksda) yerləşdirilir.

MediClub KIDS Uşaq Poliklinikası
 

Poliklinikanın Təcili yardım şöbəsi təcili reanimasion yardım göstərilməsi üçün bütün zəruri avadanlıqlarla, o cümlədən defibrillyator və süni tənəffüs aparatı ilə, təchiz olunub.

MediClub KIDS Uşaq Poliklinikası
 

Klinikanın struktur bölmələrindən biri də praktiki olaraq bütün növ fizioterapevtik müalicənin (elektromiostimulyasiya, fonoforez, elektroforez, infraqırmızı şüalanma, maqnitoterapiya, akupunktura, manual terapiya və s.) aparılması üçün müasir avadanlıqlarla təchiz edilmiş fizioterapiya şöbəsidir.

MediClub KIDS Uşaq Poliklinikası
 

Şöbədə dayaq-hərəkət sistemi xəstəliklərinin aşağıdakı müasir müalicə metodları istifadə olunur:
1. Kinezioterapiya - xüsusi trenajorlardan istifadə etməklə müxtəlif növ hərəkətlər vasitəsilə aktiv müalicə və reabilitasiya üsulu.
2. Kinezioteypləmə - patoloji əzələ tonusu, qamət pozğunluqları, əzələ ağrılarını aradan qaldırmaq məqsədilə xüsusi elastik yamağın - kinezio teypin tətbiqini nəzərdə tutan müalicə üsuludur.

Eyni zamanda 3D scaner-də bütün bədən səthinin üçölçülü modeli qurularaq uşaqlarda dayaq - hərəkət aparatının və onurğa sütununun funksional diaqnostikası aparılır.
3D skan edilməsi onurğa sütununun skoliotik dəyişikliklərini aşkar etmək, qamətə nəzarət, insan bədəninin antropometrik göstəricilərinin təhlili üçün nəzərdə tutulub və diaqnostik radiasiya sistemlərindən istifadə etmədən qamət pozğunluqlarının skrininq müayinələrinin aparılmasına imkan verir.

MediClub KIDS Uşaq Poliklinikası
 

Bundan əlavə, şöbədə dayaq - hərəkət aparatının digər xəstəliklərinin, xüsusilə pəncənin relyefini əldə etmək imkanı verən işiq plantoqrafiya metodu ilə yastıpəncəliyin, diaqnostikası aparlır.

Xəstələrin rahatlığı üçün geniş çeşiddə dərman preparatları ilə aptek fəaliyyət göstərir.

Həkimlərimizin uşaqlarla işləməkdə böyük tərcübəsi var və onlar hər bir balaca pasiyentə, xəstəlik zamanı uşağın davranış xüsusiyyətlərini nəzərə alaraq, fərdi şəkildə yanaşırlar.

Təcili və təxərəsalınmaz yardım göstərilməsi üçün blok (Emergency)
İzolyasiya palatası (boks)
Fizioterapiya
Gündüz stasionarı
Aptek (Əczaxana)
Funksional diaqnostika

Ünvan və Əlaqə

MediClub KIDS Uşaq Poliklinikası

(012) 525 09 19 (012) 525 09 29 (050) 200 06 40İzzət Nəbiyev 30A, Səbail, Bakı, AZ1073 Xəritədə göstərmək