Arayışların və tibbi sənədlərin verilməsi

Pasientlərin, beynəlxalq sığorta şirkətlərinin və hüquqi şəxslərin sorğularına əsasən MediClub tərəfindən tibbi sənədlərin (epikrizlərin, arayışların, laborator-instrumental müayinə nəticələrinin və s.) azərbaycan dilindən əlavə ingilis və rus dillərində təqdim olunması mümkündür. Məlumat Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə əsasən, tibbi məlumatın məxfiliyi qorunmaq şərti ilə təqdim olunur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formatlarda (Forma 26, Forma 27, Forma 86, Forma 95, Forma 106) təqdim edilən arayışlar:


■ Məktəbəqədər tədris müəssisələrinə və məktəblərə qəbul üçün sağlamlıq haqqında;
■ Xarici ali məktəblərə qəbul üçün (ABŞ, Avropa, Kanada və s.);
■ Vurulmuş peyvəndlər haqqında;
■ Pasientlərin, dövlət qurumlarının və özəl şirkətlərin sorğularına əsasən;
■ Xəstəlik vərəqələri (iş qabiliyyətinin müvəqqəti itirilməsi);
■ Məişət travmalarının baş verməsi ilə əlaqəli;
■ Aparılmış profilaktik müayinələr haqqında (peşə yararlığı barədə sertifikatlar).

Həmçinin, xaricə müalicə məqsədi ilə səyahət edən pasientlər üçün alman və ingilis dillərində sənəd toplusu hazırlanır.