COVID-19

MediClub-da COVID-19-un həm diaqnostikası, həm də müalicəsi aparılır
 

Koronavirus infeksiyası (COVID-19) - SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir.

Əksər hallarda virusa yoluxmuş şəxslərdə respirator xəstəlik simptomları özünü biruzə verir və sağalma heç bir xüsusi müalicə aparılmadan baş verir. Lakin bəzi şəxslərdə xəstəlik ağır, tibbi müdaxilə və hətta hospitalizasiya zəruriyyəti yaradan formada keçir. Ağır formalar daha çox yaşlı və ürək-damar xəstəlikləri, xroniki respirator, onkoloji xəstəliklər və şəkərli diabet kimi yanaşı patologiyalardan əziyyət çəkən şəxslər arasında qeyd olunur.

MediClub-da COVID-19-un həm diaqnostikası, həm də müalicəsi aparılır
 

MediClub-da COVID-19-un həm diaqnostikası, həm də müalicəsi aparılır.


MediClub klinikasında koronavirus infeksiyasının diaqnostikası aşağıdakı üsullar ilə aparılır:
1. PZR diaqnostika – tədqiq edilən biomaterialda COVİD-19 DNT-nu təsbit edən laborator diaqnostika müayinəsi.
2. Antigen testi – müayinə edilən biomaterialda virusun spesifik zülallarının mövcudluğunu müəyyən edən ekspress-müayinə.
3. Koronavirusa qarşı IgM (xəstəliyin kəskin formasının əlamətidir, həmçinin sağalma mərhələsində də qanda aşkar edilir) və IgG (qanda sağalma dövründə əmələ gəlməyə başlayır və virusa qarşı immun status barədə məlumat verir) anticisim tesləri.

MediClub laboratoriyası tərəfindən biomaterialın götürülməsi həftənin 7 günü 24 saat ərzində mümkündür.

COVID-19 pandemiyası dövründə MediClub Hospital bu qrup xəstələri qəbul edib müalicəsini təmin edən yeganə özəl tibb müəssisəsi idi. Hospital ən ağır xəstələrin müalicəsini mümkün edən xüsusi cihazlar ilə təchiz edilib - 8 STA (süni tənəffüs aparatları), hemodializ aparatı, plazmaferez aparatı, EKMO aparatı (ekstrakorporal membran oksigenləmə).

MediClub-da COVID-19-un həm diaqnostikası, həm də müalicəsi aparılır
 

Stasionar müalicədən əlavə COVID-infeksiyasını yüngül və orta ağırlıqda keçirən xəstələr müalicəni MediClub həkimlərinin məsafədən müşahidəsi altında (telesəhiyyə yanaşması tətbiq olunmaqla) almışdırlar. Ehtiyac yarandıqda həkimlər müntəzəm qaydada evə gedib xəstənin səhhətinə nəzarət edirdilər. Ümumi olaraq pandemiya dövründə MediClub həkimləri tərəfindən COVID-infeksiyasına yoluxmuş 600-dən artıq xəstə müalicə olunmuşdur.

MediClub-da COVID-19-un həm diaqnostikası, həm də müalicəsi aparılır