Pediatriya həkim-pediatrlar, uşaq xəstəliklərinin diaqnostikası müalicəsi və peyvənd profilaktikası, pediatrik tibbi xidmət, konservativ terapiya, fizioterapiya Pediatriya

Pediatriya (yun. παιδός «uşaq» + ἰατρεία «müalicə») – uşaq xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası (peyvənd profilaktikası daxil olmaqla) ilə məşğul olan tibb sahəsidir.

MediClub-da bütün uşaq xəstəliklərinin müalicəsi aparılır. Uşaqların və 18 yaşa qədər olan yeniyetmələrin ilkin qəbulu həkim-pediatrlar tərəfindən MediClub KIDS klinikasında aparılır. Baxış və zəruri diaqnostik proseduraların icrasından sonra ehtiyac yarandıqda uşaq dar ixtisaslı mütəxəssisin müayinəsi üçün yönəldilir.

MediClub 24/7 pediatrik xidməti təmin edir. Klinikaya axşam vaxtı və ya gecə müraciət etdikdə (hər gün 20.00-dən 8.00 kimi) uşaq MediClub Hospital-ın uşaq şöbəsində qəbul edilir.

Kliniki vəziyyətdən asılı olaraq müalicə MediClub KIDS klinikasında ambulator şəraitdə və ya MediClub Hospital-da stasionar şəraitdə aparılır. Bundan əlavə MediClub KIDS nəzdində gündüz stasionarı fəaliyyət göstərir və müalicəsi həkim təqibi tələb edən (məsələn, infuzion terapiya) uşaqlar xidmətdən burada yararlana bilərlər.

Həmçinin uşaq həkiminin evə çağırışı mümkündür.

MediClub-ın həkim-pediatrlarının göstərdiyi tibbi yardım:

■ Uşaqlar və yeniyetmələr arasında müxtəlif xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası;
■ Planlı profilaktik baxışlar və dispanserizasiyanın keçirilməsi;
■ Peyvəndlərin vurulması və fərdi peyvənd cədvəlinin tərtibi;
■ Yenidoğulmuş körpələrə qulluğ, əlavə qidaların istifadəsi ilə əlaqəli məsələlərdə konsultativ xidmət və s.;
■ Uşaqların baxışı və hospitalizasiya üçün göndərişin verilməsi, planlı əməliyyatlar üçün icazənin təqdim edilməsi, narkoz altında keçirilən müalicəvi-diaqnostik manipulyasiyalar və s.

MediClub klinikalarında uşaq yaşı xəstəliklərin diaqnostikası laborator, aparat və instrumental müayinə metodları ilə keçirilir. Həkim-pediatrlar və dar ixtisaslı mütəxəssislər laboratoriyada aparılan müayinələr, USM, EKQ, EEQ, KT və digər diaqnostika metodlarını istifadə edirlər.

MediClub klinikalarında uşaq xəstəlikləri müasir metodların tətbiqi ilə müalicə olunur. Konservativ terapiya əksər hallarda fizioterapiya ilə yanaşı tətbiq edilir, kiçik pasientlərimiz müalicə kursundan MediClub KIDS klinikasında keçir.

MediClub klinikalarında pediatriyanın üstünlükləri:

■ Yüksək peşəkarlığa malik mütəxəssislər;
■ Geniş diaqnostika imkanları;
■ Müasir müalicə metodları;
■ Günün istənilən vaxtı, həmçinin gecə vaxtı, həkim qəbulundan keçmək imkanı;
■ Pediatrın evə çağırılması xidməti;
■ Dar ixtisaslı uşaq həkimlərinin mövcudluğu.