Otorinolarinqologiya həkim-otorinolarinqoloqlar, BBQ LOR əməliyyatları, qulaq udlaq qırtlaq boğaz burun və burunun əlavə ciblərinin patologiyalarının xəstəliklərinin diaqnostikası və müalicəsi Otorinolarinqologiya

Otorinolarinqologiya (yun. us, ot[os] – qulaq+ rhis, rhin[os] qulaq + larynx, laryng[os] qırtlaq + logos -elm) — qulaq, boğaz və burun patologiyalarının diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış tibb sahəsidir.

МediСlub klinikalarında aşağıda qeyd olunan qulaq, boğaz və burun xəstəliklərinin diaqnostika və müalicəsi aparılır:


Qulaq xəstəlikləri:
■ xarici otit;
■ kəskin və xroniki orta otit (irinli və qeyri-irinli);
■ mastoidit;
■ kəskin və xroniki neyrosensor ağıreşitmə;
■ xoşxassəli paroksizmal pozisiyon başgicəllənmə;
■ Menyer xəstəliyi;
■ labirintit;
■ xarici və orta qulağın travmaları;
■ qulaq pərdəsinin perforasiyası.

Udlaq və qırtlaq xəstəlikləri:
■ kəskin və xroniki faringit;
■ kəskin və xroniki laringit;
■ kəskin və xroniki tonzillit;
■ xoruldama;
■ adenoidlər;
■ paratonzillit;
■ paratonzillyar, parafaringeal və retrofaringeal absess;
■ qırtlaq ödemi;
■ qırtlağın kəskin və xroniki stenozu;
■ qırtlaq və udlağın yad cismləri.

Burun və burunun əlavə ciblərinin xəstəlikləri:
■ kəskin və xroniki sinusit (haymorit, etmoidit, frontit);
■ burun çəpərinin əyriliyi;
■ burun və burunun əlavə ciblərinin polipləri;
■ kəskin rinit;
■ xroniki rinit (hipertrofik, vazomotor, damardaraldıcı damcılardan asılılıq);
■ allergic rinit;
■ burun qanaxmaları;
■ burun sınıqları;
■ rinogen orbital və beyindaxili fəsadlar;
■ burun boşluğunun sinexiyaları;
■ burun və burunun əlavə ciblərinin yad cismləri.

BBQ xəstəliklərinin diaqnostikası videoendoskopik və rentgenoloji cihazlar vasitəsi ilə aparılır, həmçinin KT, USM-si və audiometriya kimi müayinələr də istifadə olunur.

МediСlub Hospital-da icra edilən BBQ əməliyyatları:

■ septoplastika;
■ adenoidektomiya (adenoidlərin xaric olunması)
■ haymorotomiya;
■ rinoplastika;
■ timpanoplastika;
■ tonzillektomiya (badamcıqların xaric edilməsi);
■ endoskopik funksional rinosinusocərrahiyyə (burun və burunun əlavə ciblərinin cərrahiyyəsi);
■ balıqqulaqlarının konxotomiyası;
■ balıqqulaqlarının radiodalğalı vazotomiyası;
■ burun sümüklərinin açıq və qapalı repozisiyası;
■ paratonzillyar (udlaqarxası) absesslərin yarılması və drenajı;
■ qulaq pərdəsinin şuntlanması;
■ qulaq, boğaz və burundan yad cismlərin xaric olunması.

Müalicənin az invaziv olması məqsədi ilə BBQ praktikasında “Surgitron” adlı radiotezlik aparatından istifadə olunur. Radiodalğalı cərrahiyyə manipulyasiyalarının ağrısız və travmatizm səviyyəsi aşağı olması onları ambulator şəraitdə effektiv tətbiq etmək üçün imkan yaradır.