Dermatologiya həkim-dermatoloqlar, dermatoloji dəri xəstəliklərin əlamətləri, səbəbləri və inkişaf mexanizmləri, diaqnostikası, müalicəsı, müayinə və profilaktika metodları Dermatologiya

Dermatologiya (yun. δέρμα, (род. δερματός) — «dəri» и λόγος — «elm») – tədqiqat dairəsinə dəri xəstəlikləri, onların əlamətləri, səbəbləri və inkişaf mexanizmləri, həmçinin, diaqnostika, müalicə və profilaktika üsulları daxil olan tibbin sahəsidir.

МediСlub klinikalarında həm böyüklər arasında, həm də uşaqlarda aşağıda sadalanan xəstəliklər müalicə olunur:

■ sızanaqlar (akne);
■ vseboreyalı dermatit;
■ ekzema;
■ neyrodermit;
■ kuperoz (damar ulduzcuqları, teleangioektaziyalar);
■ dərinin virus xəstəlikləri (herpesviruslu infeksiyalar, VPÇ);
■ dərinin allergik xəstəlikləri (atopik dermatit);
■ dəri, saç və dırnaqların göbələk xəstəlikləri (mikrosporiya, trixofitiya, onixomikoz və s.);
■ psoriaz;
■ dərinin irinli xəstəlikləri (piodermiya);
■ vitiligo;
■ saç tökülməsi (ocaqlı, androgen);
■ və digər dəri xəstəlikləri

МediСlub-da dəri xəstəliklərinin müayinə və diaqnostika metodları:

■ həkim-dermatoloqun müayinəsi (anamnezin toplanması, fizki müayinə, dermoqrafizmın təyini);
■ dermatoskopiya;
■ laborator diaqnostika üsulları (IFA, bakterioloji, ümumklinik, sitoloji, biokimyəvi, histoloji müayinələr və s.)

МediСlub-ın həkim-dermatoloqları dermatoloji xəstəlikləri müasir medikamentoz terapiya və Surgitron aparatı vasitəsi ilə həyata keçirilən radiodalğalı cərrahiyə üsulları (dəri yenitörəmələrinin xaric edilməsi – papillomalar, kondilomalar, nevuslar) ilə müalicə edirlər.