Allerqologiya həkim-allerqoloqlar, allergik xəstəliklərin və reaksiyaların diaqnostikası müalicəsi və profilaktikası, yaz, qida, məişət və dərman allergiyası, immun statusu – immun sisteminin vəziyyətinin təyini, rinit, Kvinke ödemi, dermatit, İFA metodu ilə məişət, epidermal, qida və toz allergenlərinə qarşı Allerqologiya

Allerqologiya (yun. ἄλλος — digər, başqa, yad, ἔργον — təsir və Λόγος — bilik, söz, elm) – allergik xəstəliklərin və reaksiyaların təbiətini tədqiq edən təbabətin sahəsidir. Müxtəlif mənşəli allerqik reaksiyaların diaqnostikası, müalicəsi və profilaktikası metodları bu elmin təhlil spektrına daxildir.

Allergiya özünü müxtəlif simptomlar ilə biruzə verə bilər: burun axması, gözlərin yaşarması, konyuktivit, tənəffüs çətinlikləri (boğulma tutmalarına qədər), dəridə baş verən müxtəlif dəyişikliklər (səpgilər, qızarma, qaşınma) və s.

Allergik reaksiya ilkin olaraq istənilən yaşda və ilin istənilən fəslində əmələ gələ bilər. Uşaq allergik reaksiyaları yaş artdıqca yox ola və ya digər formalara keçə bilər.

MediClub klinikalarında allergik xəstəliklərin aşağıdakı hallarında tibbi yardım ala bilərsiniz:

■ allergik rinit;
■ allergik konyuktivit (pollinoz);
■ allergik rinokonyuktivit;
■ allergik faringit;
■ allergik rinofaringit;
■ allergik laringit;
■ allergik otit;
■ angionevrotik ödem (Kvinke ödemi);
■ örə;
■ atopik dermatit;
■ bronxial astma.

Həmçinin, bizim həkim-allerqoloqlarımızın yardımı ilə Siz məruz qaldığınız qida, məişət və dərman allergiyalarının əlamətlərinin azalmasına nail ola bilərsiniz.

МediСlub klinikalarında aşağıdakı müayinələr keçirilir:

■ immun statusu – immun sisteminin vəziyyətinin təyini;
■ İFA metodu ilə məişət, epidermal, qida və toz allergenlərinə qarşı spesifik IgE və IgG antigenlərinin təyini.

МediСlub klinikasında allergik reaksiyaların medikamentoz müalicəsi həkim-allerqoloq tərəfindən son nəsin allergiyaya qarşı preparatlar və immunokorrektorlar vasitəsilə aparılır. Həmçinin, allergiyanın mənşəyindən asılı olaraq, BBQ, pulmonologiya və qastroenterologiya kimi yanaşı sahələrin mütəxəssisləri də Sizə yardım göstərəcək.