Fizioterapiya Həkim-fizioterapevtlər, xəstəliklərin fiziki təsir vasitəsilə müalicəsinin metodları elektrik cərəyanı maqnit şüası istilik ultrasəs, fizioterapevtik müayinəsi proseduraları şöbə, diadinamometriya, maqnitoterapiya, darsonvalizasiya, fonoforez, elektroforez ionoforez, elektrostimulyasiya TENS-terapiya, infraqırmızı şüalanma, UVÇ-terapiya ultrayüksəktezlikli elektromaqnit, dayaq-hərəkət aparatının xəstəliklərindən əziyyət çəkən xəstələrin post-COVID reabilitasiyası Fizioterapiya

Fizioterapiya (yun. phýsis, təbiət + therapéia, müalicə) – xəstəliklərin fiziki təsir vasitəsilə müalicəsinin metodlar toplusudur: elektrik cərəyanı, maqnit şüası, istilik, ultrasəs və s.

Fizioterapevtik proseduralar keçirilmiş xəstəlikdən sonra sağalma mərhələsinin sürətləndirilməsi və normal həyat proseslərinin bərpası məqsədi ilə keçirilir. Bundan əlavə, fizioterapiya xroniki xəstəliklərin kəskinləşmə hallarının azalmasına təşviq edir.

MediClub-da fizioterapevtik müalicə uşaqlar və böyüklər üçün iki fizioterapevtik şöbədə - MediClub Poliklinika və MediClub KIDS-da aparılır. Fizioterapevtin müayinəsi üçün göndəriş müalicə həkimi (terapevt və ya pediatr) tərəfindən verilir və pasientin yaşından, səhhətinin vəziyyətindən və yanaşı xəstəliklərin mövcudluğundan asılı olaraq fizioterapevtik müalicənin individual planı tərtib olunur.

MediClub klinikalarında fizioterapevtik proseduraların aşağıda qeyd olunan spektrı təqdim olunur:

■ Diadinamometriya (Bernar cərəyanları) – əzələlərə və sinir sonluqlarına aşağıtezlikli сərəyan ilə təsir. Bu metodun güclü ağrıkəsici və iltihab əleyhinə təsiri qeyd olunur;
■ Maqnitoterapiya – aşağıtezlikli maqnit sahəsi təsiri yolu ilə müxtəlif xəstəliklərin müalicəsi;
■ Darsonvalizasiya – yüksəktezlikli və aşağı şiddətli cərəyanın təsiri ilə müalicə
■ Fonoforez– ultrasəs vasitəsi ilə zədələnməmiş dəri üzərindən bədən toxumalarına dərman vasitələrinin yeridilməsi
■ Elektroforez (ionoforez) - çoxsaylı xəstəliklərin müalicəsi üçün istifadə olunan ən yayılmış fizioterapevtik proseduralardan biridir. Prosedura yüksəktezlikli cərəyan (qalvanik) istifadəsi ilə zədələnməmiş dəri üzərindən dərman vasitələrinin yeridilməsini nəzərdə tutur.
■ Elektrostimulyasiya (TENS-terapiya) – metod əzələlərin və sinirlərin elektrik stimulyasiyasına əsaslanır. Zədələnmiş sinirlərin və əzələlərin yığılma funksiyasının bərpası üçün istifadə edilir;
■ İnfraqırmızı şüalanma – təməlində elektromaqnit şüalanması olan isidici proseduradır. Qan dövranını və toxumalarda maddə mübadiləsini yaxşılaşdırmaq, həmçinin patogen mikrofloranın inkişafının qarşısını almaq məqsədi ilə tətbiq edilir.
■ UVÇ-terapiya – ultrayüksəktezlikli elektromaqnit sahəsinin istifadəsini əhatə edən fizioterapiya növüdür. İltihab, travma, radikulit və nevralgiya müalicəsi üçün istifadə edilir.

Fizioterapevtik müalicə ilə yanaşı MediClub klinikalarında sinir və dayaq-hərəkət aparatının xəstəliklərindən əziyyət çəkən xəstələrin reabilitasiyası və post-COVID reabilitasiyası həyata keçirilir.