Qastroenterologiya həkim-qastroenteroloqlar-hepatoloqlar, mədə-bağırsaq traktının qida borusu 12-barmaq qara ciyər öd kisəsi mədəaltı vəz orqanların xəstəliklərinin müayinəsi diaqnostikası müalicəsi və profilaktikası, hepatologiya, qastroezofageal reflüks, qida borusunun xorası, diaqfraqmal yırtığ, qastrit, duodenit, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, pankreatit, xolesistit, öd daşı xəstəliyi, hepatitlər, qara ciyər sirrozu; enterit, kolit, Kron xəstəliyi Qastroenterologiya

Qastroenterologiya (qədim yun. γαστήρ, γαστρός — mədə + qədim yun. ἔντερον — bağırsaq, bağırsaqlar + qədim yun. λόγος — elm) — mədə-bağırsaq traktının qida borusu, mədə, 12-barmaq bağırsaq, bağırsaq, qara ciyər, öd kisəsi, mədəaltı vəz kimi orqanların xəstəliklərinin diaqnostikasını, müalicəsini və profilaktikasını əhatə edən tibb sahəsidir.
Qastroentorologiya həmçinin qara ciyər və öd yolları xəstəliklərini tədqiq edən və ayrıca bir sahə olan hepatologiyanı ehtiva edir.

MediClub klinikalarında aşağıda sadalanan mədə-bağırsaq traktının xəstəlikləri ilə əlaqəli diaqnostik və müalicə xidmətlərindən faydalana bilərsiniz:

■ qastroezofageal reflüks;
■ ezofagit;
■ qida borusunun xorası;
■ diaqfraqmal yırtığ;
■ qastrit;
■ duodenit;
■ mədə və 12-barmaq bağırsağın xora xəstəliyi;
■ pankreatit;
■ xolesistit;
■ öd daşı xəstəliyi;
■ müxtəlif etiologiyalı hepatitlər;
■ qara ciyər sirrozu;
■ enterit;
■ qeyri-spesifik xoralı kolit;
■ Kron xəstəliyi.

MediClub klinikalarında mədə-bağırsaq orqanları xəstəliklərinin diaqnostikası üçün aşağıda qeyd olunan müayinə metodları istifadə olunur:

■ geniş spektr kliniki və biokimyəvi laborator göstəricilər;
■ qara ciyərin, öd kisəsinin, mədəaltı vəzin ultrasəs müayinəsi və qarın boşluğu damarlarının dupleks skanı;
■ endoskopik müayinələr – qastroskopiya (helicobacter Pylori testının keçirilməsi ilə bərabər), duodenoskopiya, rektosiqmoskopiya, kolonoskopiya.

Hər bir metod xəstəliyin kliniki gedişatı ilə əlaqəli əlavə və daha dəqiq məlumatın alınmasını təmin edir.

MediClub-da Siz mədə-bağırsaq traktının orqanlarının dolğun və hərtərəfli müayinələrindən keçib, yüksək peşəkarlığa malik qastroenteroloqların xidmətlərindən faydalana bilərsiniz.