Pulmonologiya həkim-pulmonoloqlar, ağciyər bronxların və tənəffüs yollarının obstruktiv restriktiv xəstəliklərinin diaqnostikası və müalicəsi, ağciyər funksiyası testi spirometriya, döş qəfəsinin kompüter tomoqrafiyası, bronxoskopiya müayinəsi Pulmonologiya

Pulmonologiya (lat. pulmonis — ağciyər + qəd.yun. λόγος — elm) – ağciyər və bronxların xəstəlikləri ilə məşğul olan tibb sahəsidir.

MediClub-da həm böyüklərdə, həm də uşaqlarda ağciyər və tənəffüs yollarının obstruktiv və restriktiv xəstəliklərinin müalicəsi aparılır.

Ağciyərin obstruktiv xəstəlikləri

Ağciyərin obstruktiv xəstəlikləri nəfəs vermə və ümumilikdə nəfəs alma prosesini mürəkkəbləşdirən halları daxil edir. Ağciyərin obstruktiv xəstəliyinin əsas simptomu – daim əziyyət verən təngnəfəslikdir.

Ağciyərin obstruktiv xəstəliklərinin ən çox yayılmış səbəbləri:

■ ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX);
■ pnevmoniya;
■ emfizema;
■ xroniki bronxit;
■ bronxial astma;
■ bronxoektaziya;
■ kistoz fibroz;
■ pnevmoskleroz;
■ mukovissidoz.

Ağciyərlərin restriktiv xəstəlikləri

Ağciyərlərin restriktiv xəstəlikləri ağciyər həcminin azalması ilə nəticələnir. Restriktiv xəstəlikdən əziyyət çəkən şəxslərin ağciyərləri hava ilə tam təmin olunmur.

Ağciyərin restriktiv xəstəliyinə səbəb olan hallar:

■ İdiopatik ağciyər fibrozu kimi ağciyərin interstisial xəstəliyi;
■ Sarkoidoz, autoimmun xəstəlik;
■ Obezite hipoventilyasiya sindromu daxil olmaqla piylənmə;
■ Əzələ distrofiyası və ya yan amiotrofik skleroz (YAS) kimi sinir-əzələ xəstəlikləri.

Ağciyərlərin və tənəffüs yollarının xəstəliklərinin diaqnostikası

MediClub klinikalarında diaqnostik məqsədlər ilə laborator müayinələrdən əlavə ağciyər funksiyası testi (spirometriya) keçirilir. Bu test vasitəsilə nəfəsdə alınan və verilən havanın həcmi ölçülür. Test ağciyərlərin obstruktiv və restriktiv xəstəliklərinin mövcudluğunu və inkişaf mərhələsini müəyyən edir. Diaqnostika üçün həmçinin rentgenoloji müayinə və döş qəfəsinin kompüter tomoqrafiyasından da istifadə olunur. Ehtiyac yarandıqda tənəffüs yollarının içəridən görüntüsünü təmin edən və müayinə üçün toxuma nümunələrinin götürülməsinə imkan yaradan bronxoskopiya müayinəsi keçirilir.