Hematologiya həkim-hematoloqlar, qanın analizləri morfologiyası, qanyaradıcı orqanların hematoloji qan xəstəliklərinin profilaktikası diaqnostikası və müalicəsi Hematologiya

Hematologiya (qəd.yun αἷμα, αἷματος — qan+ λόγος) — qanın morfologiyasını, qanyaradıcı orqanları və qan xəstəliklərini öyrənən tibb sahəsidir.

MediClub aşağıda qeyd olunan qan xəstəliklərinin müalicəsini təmin edir:

■ limfoleykoz – qanın bədxassəli törəməsi (qan xərcəngi);
■ miyeloleykoz – genetik anomaliya ilə müşayiət olunan bədxassəli xəstəlik;
■ çoxsaylı mieloma – qanın onkoloji xəstəliyi;
■ Waldenstrom makroqlobulinemiyası – qan qatılığının artması ilə əlaqəli bədxassəli törəmə;
■ limfomalar – limfatik toxumanın xəstəlikləri;
■ autoimmun trombositopeniya (Verlqof xəstəliyi) – qanda trombositlərin sayının azalması, artan qanamalar;
■ müxtəlif mənşəli anemiyalar (o cümlədən dəmir defisitli anemiya, B12 – fol-defisitli anemiyalar, hemolitik anemiya).

МediСlub Poliklinikada təfərruatlı müayinə zamanı həkim-hematoloq aşağıda qeyd olunan prosedura və analizləri təyin edir:

■ qarın boşluğu orqanlarının və limfatik düyünlərin USM-si;
■ rentgenoloji müayinələr;
■ limfatik düyünlərin biopsiyası və histoloji müayinəsi;
■ sümük iliyinin sternal punksiyası və morfoloji müayinəsi;
■ koaquloqramma (qanın laxtalanma sisteminin göstəricilərinin təhlili);
■ daxili orqanların kompüter tomoqrafiyası və sümüklərin stintiqrafiyası (skan olunması).

Həkim-hematoloq tərəfindən dəqiq diaqnoz qoyulduqdan sonra, hematoloji xəstəliklərin 80% hallarında stasionara yerləşdirmə ehtiyacı yaranmır və müalicənin ambulator şəraitdə aparılması mümkündür.