Reabilitasiya həkim-reabilitoloqlar, keçirilmiş xəstəliklər travmalar və əməliyyatlardan sonra orqanizmin bərpa edilməsi, mərkəzi və periferik sinir sisteminin dayaq-hərəkət aparatının funksiyalarının bərpası, Post-COVID və pnevmoniyadan sonra, bərpaedici və sağlamdırıcı təbabət Reabilitasiya

Reabilitasiya (lat. rehabilitatio, bərpa) — keçirilmiş xəstəliklər, travmalar və əməliyyatlardan sonra orqanizmin maksimal dərəcədə bərpa edilməsi və möhkəmlənməsinə yönəlik tədbirlər kompleksidir.

Reabilitasiya şöbəsi MediClub Poliklinika və MediClub KIDS klinikalarında yerləşir və qeyd olunanları daxil edir: sağlamdırıcı məşğələlərin və müalicəvi idmanın keçirilməsi üçün kabinetlər, masaj kabinetləri, fizioterapevtik kabinetlər.

MediClub-da aşağıdakı reabilitasiya növləri keçirilir:


Mərkəzi və Periferik sinir sisteminin funksiyalarının bərpası
Reabilitasiya bu xəstəliklər hallarında keçirilir:
Uşaq serebral iflici (USİ), parezlər, ifliclər, insultlar (keçirilmiş insultlardan sonra hərəkət funksiyalarının pozulması), degenerativ sinir-əzələ xəstəlikləri (miopatiyalar), polineyropatiyalar, əzələlərin hipertonus və hipotonusu, kəllə-beyin travmalarından sonra hərəkət funksiyalarının pozulması.

Dayaq-hərəkət aparatının funksiyalarının bərpası
Reabilitasiya aşağıdakı hallar və xəstəliklər baş verdikdə aparılır:
Qamətin pozulması, kifoz, lordoz, skolioz, əyri boyun, osteoxondroz, fəqərəarası diskin protruziyası, yastıpəncəlik, pəncənin varus və valqus deformasiyası, diz oynaqlarının varus və valgus deformasiyası, bud-çanaq oynağının anadangəlmə displaziyası, mialgiya, əzələ, bağ və vətər xəstəlikləri, ətraf sümüklərinin sınıqları.

Post-COVID reabilitasiya və pnevmoniyadan sonra reabilitasiya – tənəffüs gimnastikasının xüsusi proqramı, qaloterapiya.

MediClub klinikalarında reabilitasiyanın aşağıdakı metodları tətbiq edilir:

■ kinezioterapiya – metod xüsusi trenajorların, müxtəlif hərəkətlərin və hərəkət formalarının tətbiqini nəzərdə tutur;
■ kinezioteypinq – patoloji əzələ tonusunun, qamət pozuntularının korreksiyası, əzələ ağrılarının azaldılması məqsədi ilə xüsusi elastik plastırların (teyplər) istifadəsini nəzərdə tutan terapevtik metodika;
■ balans platformalarının istifadəsini daxil edən reabilitasiya;
■ aparat fizioterapiyası;
■ refleksoterapiya (müalicə bədənin müxtəlif zonalarına nöqtəli təsir vasitəsi ilə aparılır);
■ triqer nöqtələrinin terapiyası;
■ miofassial relizinq metodu (MFR);
■ əzələ bərkildilməsinə yönəlik proqramlar;
■ xüsusi müalicəvi idman və fərdi məşq proqramları;
■ manual terapiya və osteopatiya;
■ akupunktura və iynəbatırma;
■ müalicəvi masaj;
■ kranio-sakral terapiya (kürək və kəllə sümükləri üzərindən baş beyin və onurğa beyininə təsir);
■ ixtisaslaşdırılmış terapevtik müəllif metodikaları.

Müxtəlif profilli həkimlər MediClub klinikasının həkim-reabilitoloqları ilə birgə hər bir pasient üçün əsas xəstəliyin mərhələsi və yanaşı xəstəliklər, pasientin ümumi vəziyyəti və yaşı nəzərə alınmaqla fərdi reabilitasiya proqramı tərtib edəcəklər.

Bərpaedici və sağlamdırıcı təbabət sahəsində müasir metodikaların tətbiqi MediClub mütəxəssislərinə qısa müddət ərzində pasientin effektiv reabilitasiyasını təmin etmək imkanı yaradır.