İmmunologiya həkim-immunoloqlar, immunoterapiyalar, immun sisteminin immunitet çatışmazlığı zəifliyi ilə əlaqəli xəstəliklərin diaqnostikası və müalicəsini İmmunologiya

İmmunologiya (lat. immunis — sərbəst, azad olunmuş, nədənsə azad olunmuş + yun. λόγος — bilik) — insan orqanizminin immun sisteminin quruluşunu və fəaliyyətini, özünü qoruma mexanizmlərini, immunitet çatışmazlığı ilə əlaqəli xəstəliklərin diaqnostikası və müalicəsini, həmçinin, müxtəlif növ immunoterapiyaları öyrənən tibb sahəsidir.

MediClub-da böyüklərdə və uşaqlarda aşağıda qeyd olunan xəstəliklərin müalicəsində müvafiq ixtisas həkimləri ilə yanaşı immunoloqlar da iştirak edirlər:

■ immunitet zəifliyi təkan verə biləcək xəstəliklər: Herpes zoster (dəmrov), müxtəlif kandidozlar, zəif gedişatlı pnevmoniyalar, furunkulyoz;
■ herpesviruslu infeksiyanın tez-tez baş verən residivləri;
■ tez-tez müşahidə olunan soyuqdəymə və infeksion xəstəliklər (xüsusilə uşaqlar arasında);
■ sonsuzluq və uşaq salma;
■ onkoloji xəstəliklərin müalicəsi üçün təyin olunan şüalanmadan sonrakı vəziyyət;
■ yuxarı və aşağı tənəffüs yollarının xroniki xəstəlikləri;
■ residivləşən virus və infeksion xəstəliklər.

MediClub klinikasında təfərruatlı müayinə zamanı həkim-immunoloq tərəfindən aşağıdakı proseduralar keçirilir:

■ allergik reaksiyaların təyin edilməsini hədəfləyən dəri sınaqları;
■ pasientlərin immun və interferon statusunun tədqiqi (qan zərdabında interferon səviyyəsinin təyin edilməsi);
■ allergenlərə qarşı qanda IgE səviyyəsinin təyini;
■ zəruri sitoloji müayinələr.