Terapiya həkim-terapevtlər, ağciyərlərin və bronxların ürəyin və damarların mədə-bağırsaq traktının və qaraciyərin oynaqların əzələlərin və sümüklərin xəstəliklərini birləşdirən daxili xroniki xəstəliklərin diaqnostikası və konservativ müalicəsi Terapiya

Terapiya (qəd.yun. θερᾰπεία « qayğı, müalicə») — ağciyərlərin və bronxların, ürəyin və damarların, mədə-bağırsaq traktının və qaraciyərin, oynaqların, əzələlərin və sümüklərin xəstəliklərini birləşdirən daxili xəstəliklərin diaqnostikası və konservativ müalicəsi ilə məşğul olan tibb sahəsidir.

MediClub Poliklinika və MediClub Hospital-ın həkim-terapevtləri diaqnozun qoyulması məqsədi ilə ilkin qəbul zamanı müayinə planı müəyyən edir, ehtiyac yarandıqda dar ixtisaslı mütəxəssislərə yönəldir və müayinələrin nəticələri əldə edildikdən sonra xəstəliyin kompleks müalicəsi proqramını tərtib edirlər.

MediClub-ın həkim-terapevtləri aşağıdakı xəstəliklərin diaqnostikasını və müalicəsini həyata keçirir:

■ Kəskin respirator xəstəliklər (qrip, adenovirus infeksiyaları, kəskin bronxit, pnevmoniya və s.);
■ Tənəffüs orqanlarının xəstəlikləri (xroniki bronxit, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, plevrit, bronxoektatik xəstəlik və s.);
■ Ürək-damar sisteminin xəstəlikləri (yüksək arterial təzyiq- arterial hipertenziya (hipertoniya xəstəliyi), ürəyin işemik xəstəliyi (stenokardiya, post-infarkt vəziyyətlər), ürək ritminin pozuntuları (aritmiyalar), ürək çatışmazlığı və s.);
■ Mədə-bağırsaq orqanlarının xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağının xora xəstəliyi, kəskin və xroniki pankreatit, kəskin və xroniki xolesistit, öd daşı xəstəliyi, enterit, kolit və s.);
■ Sidik-cinsiyyət sistemi xəstəlikləri (kəskin və xroniki sistit, kəskin və xroniki piyelonefrit, kəskin və xroniki qlomerulonefrit, sidik daşı xəstəliyi, böyrək çatışmazlığı və s.);
■ Qan sisteminin xəstəlikləri (müxtəlif növ anemiyalar, laxtalanma sisteminin pozuntuları (hemofiliya, hemorragik diatez və s.) ;
■ Endokrin xəstəliklər və maddələr mübadiləsinin pozuntuları (qalxanabənzər vəzin, böyrəküstü vəzlərin və hipofizin xəstəlikləri, ateroskleroz, lipid (yağ) mübadilənin pozuntuları və s.);
■ Revmatik və sistem xəstəlikləri (revmatoid artrit, podaqra, oynaq ağrıları, osteoartrit, sistemli qırmızı qurd eşənəyi (QQE), Bexterev xəstəliyi (ankilozlaşan spondiloartrit), sistemli sklerodermiya və s.)

Əlavə olaraq MediClub-ın həkim-terapevtləri aşağıdakıları icra edir:

■ Peyvənd ilə əlaqəli konsultasiyalar;
■ Xroniki, həmçinin yanaşı xəstəliklərdən əziyyət çəkən xəstələrə müntəzəm nəzarət;
■ Cərrahi əməliyyatlardan əvvəl xəstələrin müayinəsi;
■ Kəskin və təxirəsalınmaz, həmçinin xroniki xəstəliklərin kəskinləşməsi hallarında təcili yardımın göstərilməsi. Aparılan terapiya zamanı pasient ya gündüz stasionarı şəraitində MediClub Poliklinika, yaxud MediClub Hospitalda müşahidə altında saxlanılır və ehtiyac yarandıqda MediClub Hospitalına hospitalizasiya edilir.