Kadr siyasəti

Fəaliyyətə 28 nəfərlik işçi heyət ilə başlayan şirkətimiz 440 peşəkardan ibarət komandanı yetişdirməyə və toplamağa müvəffəq olmuşdur ki, onların fəaliyyəti fərdi və korporativ müştərilərimizdə tibbi xidmətin göstərilməsinin yüksək keyfiyyəti, yüksək səviyyəli işgüzar nüfuz, öhdəliklərə yüksək məsuliyyət ilə assosiasiya edir.

Heyət üç və ya daha çox dildə işləmək zəruriyyəti nəzərə alınaraq müsabiqə əsasında seçilir. MediClub ailəsində bu gün müxtəlif tibb sahələri üzrə 235 həkim, 96 ixtisaslaşmış feldşer fəaliyyət göstərir.

MediClub-ın tibb kadrlarının hazırlanması üzrə öz sistemi, öz təlim mərkəzi vardır, Avropada, ABŞ-da tibb mütəxəssislərinin təlim mərkəzlərində bütün işçilər üçün müntəzəm ödənişli təkmilləşdirmə kursları keçirir, işçilər üçün çıxışda təlim kursları təşkil edir və Amerika Ürək Assosiasiyası və Amerika Cərrahlar Kolleci tərəfindən tanınan sertifikatlar verir. Şirkətin bir sıra həkimlərinin beynəlxalq PIN-kodu vardır. Menecerlər şirkət hesabına İctimai Səhiyyə (Public Health) üzrə əlavə beynəlxalq təhsil alırlar, ikinci təhsil kimi iqtisadiyyət sahəsində diplomları vardır.

Sürücülərdən tutmuş rəhbər heyətə kimi şirkətin bütün işçilərinin fərdi inkişaf planları vardır, onlara uyğun olaraq onlar öz üzərində işləyirlər və ya peşə təhsillərini təkmilləşdirmək üçün əyani və ya distant kurslara göndərilirlər.

Kadrların hazırlanması üzrə daxili sistemdə davamlı peşəkar inkişaf məqsədi ilə əməkdaşların mütəmadi sınaqları keçirilir ki, bu sınaqların nəticələri əsasında məsuliyyətinə, vəzifəsinə və maaşına görə əməkdaşların ixtisaslarda bölgüsü aparılır. İşə qəbul olunan işçilərin peşə hazırlığı səviyyəsini artırmaq üçün şirkət tərəfindən ödənişli mentorluq institutu fəaliyyət göstərir. Əməkdaş müstəqil olaraq da şirkət sistemində dərəcəsinin və ya əmək haqqının artırılması məqsədilə sınaqdan keçmək təşəbbüsü ilə çıxış edə bilər. Bütün tibb işçiləri dövlət attestasiyası prosesinə cəlb olunublar, onlara ixtisasları üzrə təkmilləşdirmə kurslarında iştirak etmək imkanı verilir və dövlət imtahanından uğurla keçmələri üçün şərait yaradılır.

Əlavə dil biliyi, ilk öncə ingilis dili, əmək haqqının artırılması üçün əsasdır. Pasientlər tərəfindən yazılı təşəkkürnamələr, konfliktlərin idarə edilməsi, ekstremal hallarda tədbirlərin psixoloji təməlləri, sürücülər və koordinatorlar üçün Bakı şəhəri ünvanlarını bilmək, əlavə proqram təminatlarına və işdə tətbiq olunan bir sıra digər bilik və bacarıqlara sahib olmaq da rəhbərliyin maddi həvəsləndirilməsi ilə müşayiət olunur.

Bütün tibbi heyətinin peşəkar məsuliyyət sığortası bütün fəaliyyət növlərini əhatə edir və Böyük Britaniya və Şimali Amerika standartlarını dəstəkləyir.

Şirkətin idarəetmə sistemi ciddi rəqabət və 600-dən çox özəl tibb şirkətinin fəaliyyət göstərdiyi Azərbaycan bazarını fəth etmək məktəbindən keçib ki, bu da menecerlərimizə şirkəti universal beynəlxalq ISO 9001:2015 keyfiyyət və OHSAS 45001:2018 təhlükəsizlik standartına uyğun olaraq sertifikatlaşdırmağa imkan vermişdir.

Daxili təlim prosedurası şirkətdə namizədlərin təcrübə keçməsi ilə başlayır ki, bu da işə qəbul edilən bütün işçilərə şamil edilir. Hazırlıq prosesində MediClub əməkdaşlarından olan mentorlar iştirak edir, mərhələli sınaq imtahanları keçirilir, onların nəticələrinə əsasən bu və ya digər vəzifəyə işə qəbul imkanı müəyyən edilir.

Azərbaycan Tibb Universiteti ilə müqavilə əsasında MediClub rezidentlər hazırlayır, indiyədək 50-dən çox həkim-rezident bu hazırlığı bitirmişdir və ya davam etdirirlər. Onlara şirkət tərəfindən əlavə təqaüd təqdim edilir, ən uğurlu olanlar isə feldşer və ya həkim köməkçisi kimi ödənişli vəzifəyə rəsmiləşdirilirlər.

MediClub-ın 40-dan çox əməkdaşı rəhbər vəzifələrə dəvət olunublar və hazırda dövlət və özəl sektorlarda ölkə əhalisinin sağlamlığının qorunması sahəsində çalışırlar.

CV -ni bizə göndərin

Kadr siyasəti

Bütün xanalar doldurulmalıdır

Müraciətiniz qəbul edildi