Proktologiya həkim-proktoloqlar, proktoloji yoğun düz və çənbər bağırsağın, anus və pararektal sahənin xəstəliklərin diaqnostikası cərrahiyyə və konservativ metodlardan müalicəsi Proktologiya

Proktologiya (yun. πρωκτός —düz bağırsaq + λόγος —elm) – yoğun bağırsağın (o cümlədən, düz və çənbər bağırsaqların), anus və pararektal sahənin xəstəliklərini tədqiq edən elm sahəsidir.

Qəbul zamanı anamnez toplandıqdan sonra həkim-proktoloq pasientin xarici baxış, perianal sahənin palpasiyasını və düz bağırsağın barmaq ilə müayinəsini daxil edən ilkin konsultasiyanı keçirir. Həmçinin, tibbi göstərişlərə əsasən rektoromanoskopiya, anoskopiya yaxud kolonoskopiya təyin edilə bilər.

MediClub Hospital-da aşağıda sadalanan proktoloji xəstəliklərin müasir metodlar ilə cərrahiyyə müalicəsi aparılır:

■ babasil (xroniki və kəskinləşməsi);
■ kəskin hemorroidal tromboz (tromboz ilə fəsadlaşmış babasil);
■ anal çat (xroniki və kəskin);
■ kəskin və xroniki paraproktit;
■ pararektal fistulalar (ekstrasfinkter, transsfikter, intrasfinkter, rectovaginal);
■ anal kanalın və düz bağırsağın polipləri;
■ düz bağırsağın yenitörəmələri, bioptatın sonrakı histoloji və sitoloji müayinəsi ilə;
■ perianal sahənin və anal kanalın itiuclu kondilomaları;
■ anal sfinkterın çatışmazlığı.

МediСlub Poliklinika aşağıdakı proktoloji xəstəliklərin müalicəsi üçün konservativ metodlardan istifadə edir:

■ qıcıqlanmış bağırsaq sindromu (qəbzlik və diarreya ilə keçən formaları);
■ qeyri spesifik xoralı kolit;
■ Kron xəstəliyi;
■ proktitlər, kolitlər;
■ anal qaşınma.

MediClub-da proktoloji xəstəliklərin diaqnostikası növbəti üsullar ilə keçirilir:

■ rektoromanoskopiya;
■ anoskopiya;
■ kolonoskopiya.

MediClub-da düz bağırsağın xəstəliklərinin cərrahi müalicəsi radiodalğalı cərrahiyyə metodu tətbiq edilməklə aparılır (Surgitron aparatı)