Mammologiya həkim-mammoloqlar, süd vəzinin döş qəfəsinin müayinəsi onkoloji xəstəliklərinin diaqnostikası müalicəsi və profilaktikası Mammologiya

Mammologiya (lat. mamma «süd vəzi» + yun. λόγος «elm») — süd vəzi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan elm sahəsidir.

МediСlub Poliklinikada həkim-mammoloq tərəfindən süd vəzlərinin aşağıda qeyd olunan xəstəliklərinin diaqnostikası və müalicəsi keçirilir:

■ Xoşxassəli şiş xəstəlikləri: fibroadenomalar, axardaxili papillomalar, lipomalar;
■ Dishormonal xəstəliklər: ginekomastiya, mastopatiya, qalaktoreya, mastodiniya;
■ İltihab xəstəlikləri: mastitlər;
■ Laktasiya pozulması, laktostaz, qalaktosele;
■ Süd vəzi xərcənginin diaqnostikası.

Mammoloqun baxışı süd vəzinin istənilən xəstəliyi, o cümlədən, onkoloji xəstəliyinin profilaktikası məqsədi ilə keçirilir. Baxış zamanı hər pasientdə gələcəkdə süd vəzinin müxtəlif patologiyaları ilə nəticələnə biləcək risk faktorları təyin edilir.

Süd vəzinin müayinəsi zamanı aşağıda qeyd olunan instrumental diaqnostika metodlarından istifadə olunur:

■ süd vəzlərinin USM-si;
■ mammoqrafiya;
■ biopsiya (süd vəzinin punksiyası): incəiynəli FNA və tru-cut biopsiya
■ gilə axıntısının sitoloji müayinəsi.

Əlavə metodlar aşağıdakılardır:

■ döş qəfəsinin КТ müayinəsi;
■ süd vəzlərinin MRT müayinəsi.

Biz hər bir qadına müntəzəm olaraq özlərinin süd vəzini müayinə etmələrini tövsiyyə edirik, bu süd vəzinin palpasiyasını və güzgü qarşısında baxışını əhatə edir.
Mammoloqun planlaşdırılmış baxışı menstrual siklin 1-ci fazasında, ən geci siklin 10-cu gününə qədər keçirilməlidir. Özünüz etdiyiniz müayinə zamanı süd vəzində və qoltuqaltı sahələrdə taktil yaxud vizual dəyişikləklər aşkar etmisinizsə, bu həkim-mammoloqun təcili müayinəsi üçün əsasdır.

Profil üzrə klinikalar