MediClub-da Kolposkopiya

MediClub-da Kolposkopiya
 

Kolposkopiya - ginekoloqa uşaqlıq boynunu, uşaqlıq yolun divarlarını və xarici cinsiyyət orqanlarını (vulva) anormal (atipik) hüceyrələrin olub- olmaması üçün qiymətləndirməyə imkan verən diaqnostik bir proseduradır. Tədqiqat işıqlandırması olan xüsusi bir mikroskop ilə – toxumaları dəfələrlə böyüdən və ən kiçik dəyişiklikləri aşkar etməyə imkan verən - kolposkopdan istifadə edərək aparılır. Təfərrüatlı görüntü hesabına həkim yenitörəmələri aşkar edə, yerlərini, ölçülərini və konturunu, səth xüsusiyyətlərini təyin edə bilər.

Kolposkopiyaya göstərişlər aşağıda qeyd olunanlardır:

■ sitoloji yaxmada aşkar edilmiş dəyişikliklərin (Pap test);
■ aşkar edilmiş yüksək onkogen HPV növləri;
■ itiuclu kondilomalar;
■ uşaqlıq boynun ektopiyası/eroziyaları;
■ uşaqlıq boynu, uşaqlıq yolu və vulva toxumalarında şişönü dəyişikliklərə şübhələr;
■ cinsi yollardan postkoital qanlı ifrazatlar;
■ uşaqlıq boynunda iltihabi proses (servisit);
■ uşaqlıq boynun endometriozu.

Prosedura ağrısızdır, xüsusi hazırlıq tələb etmir.

Bu müayinənin əsas məqsədi - epiteliy hüceyrələrində atipiya əlamətlərinin olub-olmamasını müəyyən etməkdir. Əgər kolposkopiya zamanı ginekoloq hər hansı bir dəyişikliklər görərsə, zədələnmiş sahələrdən toxuma nümunələri (biopsiya) götürə bilər.

Kolposkopiya - uşaqlıq boynu, uşaqlıq yolu və xarici cinsiyyət orqanlarında patoloji proseslərin əksəriyyətini böyük dəqiqliklə görməyə imkan verən ən yaxşı diaqnostik metodlardan biridir. O, orqanlarda xərçəng prosesinin erkən diaqnostikası üçün əvəzolunmazdır.

Klinikamızda bu tədqiqat yüksək sinif olan Leisegang avadanlığında ixtisaslı mütəxəssislər, ginekoloqlar dr. E. Qədirova və dr. L. Şərifzadə tərəfindən aparılır.

Ginekoloqların qəbuluna, həmçinin kolposkopiya müayinəsinin aparılması üçün MediClub Poliklinika-sına müraciət edə bilərsiniz.