Süd vəzi ultrasəs müayinələrinə kampaniya

1993-cü ildə ÜST tərəfindən elan olunaraq oktyabr dünya miqyasında süd vəzi xərçənginin profilaktikası və qarşısının alınması ayı olaraq qəbul edilir.

“3-4-cü mərhələdə süd vəzi xərçəngi” diaqnozundan özünüzü qorumaq üçün mütəmadi olaraq mammoloqun konsultasiyasından və onun təyin etdiyi əlavə tədqiqat metodlarından keçmək lazımdır: 40 yaşa qədər qadınlarda süd vəzilərinin ultrasəs müayinəsi və 40 yaşından sonra 2 ildə 1 dəfə mammoqrafiya. Bu müayinə üsulları palpasiya olunmayan şişləri aşkar etməyə imkan verir.

MediClub klinikalarında süd vəzi xəstəliklərin profilaktikası və müalicəsi təcrübəli həkimlər tərəfindən aparılır.

OKTYABR ayı boyu MediCıub klinikalarında süd vəzi ultrasəs müayinələrinə KAMPANİYA aparılır: aparıcı mütəxəssislər tərəfindən süd vəzilərin USM-dən 30% GÜZƏŞTLƏ keçə bilərsiniz.

Sağlamlığınıza diqqətli münasibət süd vəzi xərçəngini erkən mərhələdə aşkar etməyə imkan verir. Bu vəziyyətdə müalicə səmərəliyi 96%-dir!
Erkən diaqnostika həyat xilas edir!