Pandemiya zamanı haloterapiyanın məşhurluğunun artması

Haloterapiya
 

Haloterapiya barədə dərcimizdən sonra bu metodun COVID-19-la bağlı vəziyyətlərdə istifadəsinə dair çoxsaylı suallar almışıq. Ona görə də bu mövzunu daha ətraflı işıqlandırırıq.

Pandemiya zamanı haloterapiyanın məşhurluğunun artması onunla əlaqədardır ki, həkimlər onu keçirilmiş COVID-19-dan sonra tənəffüs sisteminin bərpası üçün ideal prosedura hesab edirlər.
Haloterapiya metodunun əsas təsir faktoru halokamerada püskürtülən quru aerozoldur. Bu, 0,5-5 mikron ölçüsündə kiçicik hissəciklərdən ibarət, natrium xloridin xüsusi məhluludur. Bu cür hissəciklər kiçik ölçülərinin hesabına tənəffüs yollarının ən dərin hissələrinə nüfuz edirlər. Onların təsiri altında iltihab prosesi azalır, immunitet aktivləşir, bronxların selikli qışasının ödemi azalır, tənəffüs yollarının drenaj funksiyası yaxşılaşır.

Duz aerozolu antimikrob təsirə malikdir, ciddi fəsadların riskini azaltmağa yardım edir və COVID-19 keçirmiş xəstələrin reabilitasiyasını əhəmiyyətli dərəcədə sürətləndirir.

Bütün bunlar mütəxəssislərə haloterapiyanı koronavirus infeksiyasından sonrakı reabilitasiyanın, eləcə də bu infeksiyanın profilaktikasının səmərəli üsulu hesab etməyə əsas verir.

MediClub Hospitalının duz otağında təbii duz mağaralarının mikroiqliminə uyğun olan müvafiq hərarət, rütubət və havanın natrium xloridlə doyma səviyyəsini yaratmaq və saxlamaq qabiliyyətinə malik xüsusi avadanlıqlardan istifadə edilir.

Yaşından və diaqnozundan asılı olaraq hər bir şəxsə həkim tərəfindən fərdi seçilən 6 müalicə rejimindən biri istifadə oluna bilər. Seansın müddəti 1 saata qədərdir. Seansların sayı həkim tərəfindən təyin edilir.