PALS və ATLS təlimləri

MediClubGeorgia klinikasının bu sahədə böyük təcrübəyə malik olan təlim mərkəzinin təlimçıləri tərəfindən dekabr ayının birinci yarısında klinikamızda PALS (Pediatric Advanced Life Support) və ATLS (Advanced Trauma Life Support) təlimləri keçirilir.

PALS - Amerika Ürək Assosiasiyası (American Heart Assosiation) tərəfindən akkreditə olunmuşdur və ürək və tənəffüsün dayanması, həmçinin körpə və uşaqlarda müxtəlif növ aritmiyalar zamanı təcili tibbi yardım göstərmək bacarıqlarını öyrədir.

ATLS - Amerika Cərrahlar Kolleci (American College of Surgeons) tərəfindən akkreditə olunmuşdur və müxtəlif mənşəli və növ xəsarətlər zamanı təcili tibbi yardım göstərmək bacarıqlarını öyrədir.

Kursu bitirən iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikatlar verilir.