MediClub klinikasının offshore tibbi xidmətlər üzrə həkimi Dr. Həmid Tapdıqlı Amerika Ürək Assosiasiyasının (AHA) ACLS (Advanced Cardiovascular Life Support)üzrə 3 ay davam edən təlimçi hazırlığı proqramını uğurla tamamlamışdır.
Təlimçi hazırlığı proqramının yekun 3-cü mərhələsi (monitorinq mərhələsi) AHA-nın regional koordinatoru Srena Parisi tərəfindən beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilmişdir.
Təlim prosesinin təşkili və ümumi koordinasiyasında MediClub klinikasının Sənaye təbabəti şöbəsinin rəhbəri Allahyar Əliyevin, eləcə də Onshore tibbi xidmətlər üzrə menecer, AHA beynəlxalq sertifikatlı tibbi təlimçisi Sevindik Şirinovun mühüm rolu olmuşdur.
Qeyd olunmalıdır ki, MediClub AHA beynəlxalq təlim mərkəzində AHA-nın beynəlxalq standartlarına uyğun sertifikatlı təlim proqramları yüksək ixtisaslı və akkreditə olunmuş təlimçilər tərəfindən həyata keçirilir.





