Middle East & Africa Partners Conference 2025-də laboratoriyamızın rəhbəri Sevinc Qasımova “Virus infeksiyalarının diaqnostikasında çətinliklər: multidissiplinar təcrübə əsasında klinik tədqiqat” mövzusunda lektor kimi çıxış etdi.
Konfrans yüksək peşəkarlıqla təşkil olunmuşdu və dəyərli elmi mübadilə üçün unikal imkan yaratdı. Bu beynəlxalq tədbirdə iştirak tədqiqatlarımızı bölüşmək və yeni elmi yanaşmalarla zənginləşmək baxımından bizim üçün olduqca əhəmiyyətli oldu.