MediClub klinikasının AHA tərəfindən akkreditasiya olunmuş Beynəlxalq Təlim Mərkəzində BP əməkdaşları üçün 4 günlük İlk Yardım – Səviyyə 2 təlimi uğurla keçirildi

MediClub klinikasının Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən akkreditasiya olunmuş Beynəlxalq Təlim Mərkəzində BP şirkətinin əməkdaşları üçün 4 gün davam edən “İlk Yardım – Səviyyə 2” təlim proqramı uğurla həyata keçirildi.

Təlim zamanı iştirakçılar fövqəladə hallarda həyati əhəmiyyət daşıyan aşağıdakı bilik və bacarıqları mənimsədilər:
■ Yetişkinlərdə Kardiopulmonar reanimasiya (CPR) texnikası
■ Avtomatlaşdırılmış Xarici Defibrilyator (AED)-dən düzgün istifadə
■ Boğulma, qanaxma, yanıqlar və sınıqlar zamanı ilkin yardım
■ Şok, qıcolma və anafilaktik reaksiyalar zamanı davranış qaydaları
■ Təcili tibbi yardım çağırışı və hadisə yerində təhlükəsizlik tədbirləri

İştirakçılar AHA-nın qiymətləndirmə meyarlarına uyğun olaraq imtahan verib, beynəlxalq sertifikatla təltif olundular.

Bu təlim qeyri-tibbi sahədə çalışan şəxslər üçün nəzərdə tutulmuşdur və məqsəd – fövqəladə vəziyyətlərdə tez, düzgün və effektiv müdaxilə bacarıqlarını inkişaf etdirməkdir.

Əgər siz də şirkətiniz üçün bu tip beynəlxalq standartlara uyğun təlimlərə ehtiyac duyursunuzsa, bizimlə əlaqə saxlayın.
Mütəxəssislərimiz ehtiyaclarınıza uyğun fərdi təlim proqramı təqdim etməyə hazırdır!