MediClub Klinikası American Heart Association (AHA) akkreditasiyasını uğurla uzatdı

MediClub Klinikası American Heart Association (AHA) akkreditasiyasını uğurla uzatdı

MediClub Klinikası Amerika Ürək Assosiasiyasının (American Heart Association – AHA) Azərbaycandakı rəsmi akkreditə olunmuş Beynəlxalq Təlim Mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir.

Mərkəz AHA tərəfindən müəyyən edilmiş beynəlxalq təlim standartlarına və keyfiyyət tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. 2026-cı ilin yanvar ayında AHA tərəfindən həyata keçirilmiş növbəti monitorinq və qiymətləndirmə prosesi zamanı təlim mərkəzinin bütün standartlara tam uyğunluğu təsdiqlənmiş, təlimlərin keyfiyyəti və icra prosesi yüksək qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticələrinə əsasən, MediClub Klinikasının Beynəlxalq Təlim Mərkəzi statusu yenidən təsdiqlənərək uzadılmışdır.

Bu status MediClub Klinikasının beynəlxalq standartlara uyğun tibbi təlimlərin təşkili, davamlı inkişaf və keyfiyyətin yüksəldilməsi istiqamətində fəaliyyətinin növbəti dəfə təsdiqi hesab olunur.