
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2026-cı il tarixli “Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən MediClub klinikasının əməkdaşları – həkim-kardioloq Rüfət Rüstəm oğlu Cəmilov 3-cü dərəcəli “Əmək” ordeni, aparıcı anestezioloq-reanimatoloq Arif İsfəndiyar oğlu Xasiyev isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
Bu əlamətdar hadisə münasibətilə əməkdaşlarımızı ürəkdən təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayırıq.