Laboratoriyamızın müdiri Sevinc Qasımovanın «MediClub-da keyfiyyətə nəzarət» mövzusu ilə konfransda çıxışı

4 may 2022–ci il tarixində Bakıda «Britaniya Krallığı səhiyyə sahəsində sizin tərəfdaşınızdır» adlı konfrans keçirilmişdir. Konfransda MediClub-ın laboratoriya müdiri Sevinc Qasımova «MediClub-da keyfiyyətə nəzarət» mövzusu ilə çıxış etmişdir.

Konfransda Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini cənab Rasim İsmaylov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ceyms Şarpla yanaşı digər özəl və dövlət tibb müəssisələrinin nümayəndələri də iştirak etmişdirlər.

Burada xarici və daxili keyfiyyətə nəzarət proqramlarından, diaqnostika sahəsində Böyük Britaniyanın səhiyyədə potensialı və Randox klinik keyfiyyətə nəzarət proqramları haqqında bəhs edilmişdir.