8 iyuldan MediClub Gəncə klinikasında pediatrın qəbulu

8 iyuldan MediClub Gəncə klinikasında pediatrın qəbulu

Təcrübəli həkim-pediatr, tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərova, MediClub Gəncə klinikasında 8 iyul tarixindən bazar ertəsi-şənbə günləri saat 09:00-dan 15:00-dək pasientlərin qəbulunu aparacaq.

İş təcrübəsi 16 il.

Üzvlük:
■ Avropa Pediatrlar Akademiyası;
■ Avropa Uşaq Revmatologiya Cəmiyyəti;
■ Amerika Pediatrlar Akademiyası.

2014-2017 illərdə - Azərbaycan Tibb Universiteti Pediatriya ixtisası üzrə Doktorantura. Tibb üzrə fəlsəfə doktoru (PhD) dərəcəsini almaq üçün “Uşaqlarda revmatik xəstəliklər zamanı anemik sindromun xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edib.

Hal-hazırda “COVID-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri” mövzusunda tibb üzrə elmlər doktoru dissertasiyası üzərində işləyir.

16 çap olunmuş elmi məqalə və tezis müəllifi.

Fəaliyyətinin əsas istiqamətləri:
■ 0-17 yaş uşaqların sağlamlığının izlənilməsi - poliklinik-ambulator və stasionar şöbələrdə uşaq nozologiyalarının profilaktikasının, diaqnostikasının və müalicəsinin bütün müasir aspektlərinin təşkili;
■ Yenidoğulmuşların aylıq rutin müayinələri;
■ İmmunizasiya;
■ Uşaqlarda infeksion xəstəliklər;
■ Mədə-bağırsaq sistemi xəstəlikləri;
■ Sidik-ifrazat sistemi xəstəlikləri;
■ Uşaqlarda allergik xəstəliklər;
■ Tənəffüs sistemi xəstəlikləri;
■ Uşaqlarda revmatik xəstəliklər;
■ Uşaqlarda qurd və parazitar xəstəliklər.

MediClub Gəncə
Ünvan: Mirzə Abbas Abbaszadə 73
(022) 268 87 44
(050) 223 04 51