|
 |
Stasionar
MediClub stasionarı çox profilli çarpayı fonduna malikdir. Stasionarın xəstə otaqları funksional çarpayı və monitor sistemlərlə təchiz olunmuşdur. Cərrahi əməliyyatdan sonrakı, habelə ağır xəstələr üçün intensiv terapiya və reanimasiya zalları ayrılmışdır. Günün 24 saatı ərzində peşəkar mütəxəssislər xəstələrə nəzarət edirlər.
Stasionarın yeməkxana şöbəsi xəstələrə onlara uyğun pəhriz yeməkləri hazırlayır.
Stasionarın cərrahiyyə şöbəsində böyük və kiçik zallar vardır. Hər bir cərrahiyyə zalında çağdaş süni tənəffüs və narkoz cihazları vardır. Stasionarın cərrahiyyə şöbəsinin anestezioloqları istənilən yaş kateqoriyası xəstələrə və hər hansı bir ağır tibbi vəziyyətlər üçün hazırlıqlıdırlar.
Klinika Ev stasionarı proqramını həyata keçirir. Bu proqrama əsasən xəstələr klinikada alınan müalicəni evdə davam etdirirlər. Bununla xəstələr adəti ev şəraitində müalicə alırlar.
|
|