|
 |
Pediatriya
MediClubın pediatriya şöbəsi Azərbaycanda qabaqcıllar sırasındadır. Şöbədə 11-həkim pediatr, 4- elmlər namizədi çalışır. Pediatriya şöbəsi təcili ambulator və profilaktik xidmətlər göstərir.
Keçən il ərzində pediatriya şöbəsi 6500 xəstəyə baxmış, 572 xəstə isə stasionar müalicəsi almışdir.
Xəstələrin planlı və effektiv müayinəsi üçün klinikamız öz ətrafında ən öndə gedən mütəxəssis pediatrları birləştirir. Bəzən ağır hallarda xaricdən belə mütəxəssisləri dəvət edir.
Pediatriya şöbəsi uşaqların planlı və təcili vaksinasiyası proqramını həyata keçirir.
İl ərzində vaksinasiyalı uşaqların sayı 1000 ötmüşdür. Yüksək təmizlikli kombinə olunmuş vaksinlər dünyanın nüfuzlu dərman istehsalçılarından alınır.
Bununla belə vaksinlərin daşınması və onların saxlanılması beynəlxalq normalara uyğun olaraq aparılır. Vaksinasiya üzrə klinikamız özəl tibb mərkəzləri arasında öndə gedən bir şirkətdir.
Pediatriya şöbəsi uşaqların planlı və təcili vaksinasiyası proqramını həyata keçirir.
İl ərzində vaksinasiyalı uşaqların sayı 1000 ötmüşdür.
Pediatriya şöbəsində pediatr cərrahlar təcili və planlıə cərrahiyyə əməliyyatları aparırlar.
Xəstələrin çox olmağına baxmayaraq hər bir həkim uşaqlara və onların valideyinlərinə lazimi diqqəti göstərir.
Pediatriya şöbəsi ev stasionari xidmətlərini həyata keçirir. Bu adəti ailə ritmini saxlamaq şərti ilə xəstənin və onun valideynləri üçen optimal şərait yaradır.
MC Pediatriya klinikasında bütün arzu edən qadınlara və 12 yaşdan böyük qız uşaqlarına insan papillomavirusuna qarşı peyvənd aparılır. Bu peyvənd uşaqlıq boynu xərcəngi kimi təhlükəli bir xəstəliyin qarşısını almağa kömək edir.
Tezliklə,müxtəlif yaşlı uşaqlar arasında son vaxtlar epidemiya halı almış rotavirus xəstəliyinin törədicisinə qarşı peyvəndin aparılması planlaşdırılır.
Pediatriya klinikasında dyubaj kabineti fəaliyyət göstərir.Burada qara ciyər,ödçıxarıcı yolların xəstəlikləri, helmintozların bəzi növlərində istifadə olunan profilaktiki və müalicə tədbirləri aparılır.
|
|