Pasiyentlərə




 


Bu bölmədə biz sizi maraqlandıra biləcək bəzi suallara cavab verməyə calışmışıq.

Biz gecə-gündüz fasiləsiz işləyirik, praktiki olaraq bütün şöbələr iş günləri, bazar və bayram günləri də hazır vəziyyət rejimində çalışır. Sizin və yaxınlarınızın səhhəti ilə problem yaşanırsa-bizə zəng edin, köməyimizi sizdən əsirgəməyəcəyik.

Taniş olduğunuz saytda bizim imkanlarımız və mütəxəssislərimiz barədə geniş məlumat əldə edə bilərsiniz. Saytımızda təsvir olunmuş laborator və diaqnostik müayinələr bunlara hazırlıq məsləhətləri ilə müşayiət olunur. Əgər əlavə suallar yaranarsa siz onlari  Bizim mütəxəssislər rubrikasında aidiyyəti olan həkimə istiqamətləndirə bilərsiniz. Tibbi xidmətlərimizin qiymətlərini Alarm-mərkəzdən aşağıda göstərilən telefon nömrələri vasitəsilə dəqiqləşdirə bilərsiniz. Vaksinasiya cədvəllərini  uşaqlar   və xaricə yollananlar üçün. səhifələrində tapa bilərsiniz. Klinikalarımıza gəlməkdə çətinlik çəkirsinizsə  Kontaktlarımız səhifəsindən istifadə edin.

Bizə bir dəfə müraciət etməniz kifayətdir. İnformasion sistemə köçürülmüş və sizə aid olan bütün şəxsi məlumatlar xüsusi məxfilik şəraitində saxlanacaqdır. Elə ilk ehtiyac yarandığı zaman yalnız siz və həkiminiz bu informasiyadan yararlana biləcəkdir.

Bizim klinikamizda pasiyentlərin müraciət sirasi aşağıdakı kimidir:

Sığortalı pasiyentlər  bizə bilavasitə və ya siğorta şirkətlərinin alarm-mərkəzləri vasitəsilə müraciət edə bilərlər.

Əgər siz A-Group sığorta kompaniyası  kompaniyası tərəfindən MediClub-da müayinə və müalicə olunmaq üçün tibbi plan üzrə sığortalanmışsınızsa, ►►►

Əvvəlcədən qəbula yazılma xidmətindən öz rahatçılığınız üçün istifadə edin. Təcili hallarda yanınızda şəxsiyyət vəsiqəsi vəvə ya sığorta polisinin olması kifayətdir. Sizin şirkət tərəfindən tərtib olunmuş şığorta planından asılı olaraq siz ya tibbi xidmətin məbləğini bütünlüklə ya da hissəvi olaraq ödəyirsiniz.

 

Əgər siz MediClubla kontrakt əlaqəsi olmayan  yerli sığorta kompaniyasında sığortalanmışsınızsa, ►►►

Siz bizə əvvəlcədən qəbula yazılma xidmətindən istifadə edərək və ya birbaşa nəğd və ya qeyri nəğd ödəmə etdikdən sonra müraciət edə bilərsiniz. Bu halda siz kompensasiya məqsədi ilə öz sığorta kompaniyanıza təqdim etmək üçün istənilən növ maliyyə və tibbi sənədlərini (invoys, epikriz) alacaqsınız .

 

Sizdə beynəlxalq sığorta polisi varsa, ►►►

Siz bizə əvvəlcədən qəbula yazılma xidmətindən istifadə edərək və ya birbaşa nəğd və ya qeyri nəğd ödəmə etdikdən sonra müraciət edə bilərsiniz. Bu halda siz kompensasiya məqsədi ilə öz sığorta kompaniyanıza təqdim etmək üçün istənilən növ maliyyə və tibbi sənədlərini (invoys, epikriz) alacaqsınız.

 

Əgər sizin sığorta polisiniz GMC, Cigna, Bupa, Vanbreda, Europе Assistance, Class Аssistanсe kompaniyalarındandırsa, ►►►

Öz sığorta şirkətinizə zəmanət məktubu almaq üçün müraciət edin. Bu məktubla bizə müraciət sizi tibbi xidmətin üdənilmə formasında dəyişiklik etməyə imkan yaradar, - belə ki, siz ya xidmət məsrəflərini hec üdəmirsiniz, ya da hissəvi qarşılandırırsınız. Bütün digər məsələləri şirkətimiz sizin sığorta kompaniyanizla həll etməyə qadirdir. Zəmanət məktubu olmadığı təqdirdə siz bizə əvvəlcədən qəbula yazılma xidmətindən istifadə edərək və ya birbaşa nəğd və ya qeyri nəğd ödəmə etdikdən sonra müraciət edə bilərsiniz. Bu halda siz kompensasiya məqsədi ilə öz sığorta kompaniyanıza təqdim etmək üçün istənilən növ maliyyə və tibbi sənədlərini (invoys, epikriz) alacaqsınız.

 

Mülki şəxslər vəvə ya klub üzvləri sərbəst şəkildə bizə muraciət edə və yaxud cağırış tələb edə bilərlər. Həkimlərimiz sizə lazımi məsləhətlər verərək yardım göstərə bilərlər.

Əgər siz MediClub-la tibbi yardım xidməti göstərmək üzrə kontraktı olan şirkətin əməkdaşısınızsa, ►►►

Siz tibbi xidmətin şərtlərini öz kompaniyanızın səlahiyyətli şəxsləri ilə müzakirə etməlisiniz. Belə hallarda əvvəlcədən danışıq əsasında şirkətiniz sizin müraciətinizi bizə ünvanlanmış zəmanət məktubu ilə müşayiət edir Yalnız bü şərtlə şirkətimiz sizin tibbi problemlərinizi həll etməyə sizə yardımçı ola bilər. Əvvəlcədən danışıqlar olmadığı təqdirdə yalnız Stand By kontrakt şərti olan kompaniyaların əməkdaşları birbaşa bizə müraciət edə bilər.

 

Əgər siz  klubun üzvüsünüzsə, ►►►

Bütün müraciətlər arasında sizin müraciətiniz ilk növbədə təmin olunacaq. Siz bizim xidmətlərimizdən həm planlı, həm də təcili hallarda üzvlük kartını təqdim etmək şərtilə istifadə edə bilərsiniz. Əvvəlcədən qəbula yazılma və ya çağırış etmə tək bir zənglə təşkil olunur. Ödəmə forması həm nəğd, həm də qeyri nəğd,- bank terminalı vasitəsilə bütün imtiyazlı endirimləri nəzərə almaqla mümkündür.

 

Əgər siz bizə müalicə, müayinə üçün müraciət və ya cağırış etmək istəyirsinizsə, ►►►

Siz MediCluba sutkanin 24 saatı ərzində müraciət edə bilərsiniz. Ödəmə forması həm nəğd, həm də qeyri nəğd,- bank terminalı vasitəsilə bütün imtiyazlı endirimləri nəzərə almaqla mümkündür.

 

Əgər siz A-Group sığorta kompaniyasına sığortalanmış şəxsin yaxın qohumusunuzsa, ►►►

Bu halda ödəniləcək məbləğ klub üzvlərində olan imtiyazlı qiymətlərlə yerinə yetiriləcək. Bunun üçün siz sığortası olan qohumunuzun sığorta polisini, sizin onunla qohumluq əlaqəsini təsdiq edən sənədi və sizin şəxsiyyət vəsiqənizi qeydiyyat şöbəsinə təqdim etməlisiniz. Ödəmə forması həm nəğd, həm də qeyri nəğd,- bank terminalı vasitəsilə bütün imtiyazlı endirimləri nəzərə almaqla mümkündür.



Bizə zəng edin, biz fasiləsiz işləyirik.
Tel.:
 +994 (12) 497-09-11/12/13

Pediatrik klinika:
Tel.:
 +994 (12) 498-89-11