Ginekologiya və mamalıq





 

Ginekologiya və mamalıq-qadınların reproduktiv sağlamlığını tam məsuliyyətlə özündə əks etdirən tibb sahəsidir. Bəli, əgər ginekologiya ilə tanışlıq məhz hamiləlik və körpənin doğuşu dövründə yaranan narahatçılıqla bağlıydısa, müasir qadınlar bir qayda olaraq ginekoloqlarla ünsiyyətdə sırf mamalıq problemləri ilə məhdudlaşmırlar. Belə ki, xanımların əksəriyyəti üçün mükəmməl ginekoloq axtarışı və qadın xəstəliklərinin müalicəsi problemi, zaman-zaman daha da aktual, təxirəsalınmaz, zəruri bir qayğıya çevrilmişdir.

Ginekologiyaya dair MediClub-da təklif olunan tibbi proqramlar:

MediClub klinikası malik olduğu ixtisaslı mütəxəssislərin birgə təqdimi ilə çox əlverişlidir. Belə ki, ginekoloqdan əldə olunmuş göstərişlə pasient zəruri olan həkimə -allerqoloq, immunoloq yaxud da qastroenteroloqun qəbuluna elə həmin anda yazıla bilər.

Qadın cinsi orqanlarında rast gəlinən problemləri yaşayırsınızsa dərhal vaxt itirmədən ginekoloqa müraciət edin. Lakin daha yaxşı olardı ki, profilaktik məqsəd baxımından ildə bir dəfə həkimə baş çəkəsiniz. Fəaliyyətimizin bəzi aspektlərini sizlərin nəzərinizə çatdırmaq istərdik.

► Yeniyetmə ginekologiyası. (burada baxın) ►►►

Hələ yeniyetmə dövründə ikən yaxşı olardı ki, analar öz qızlarına sağlam qadın gələcəyi naminə profilaktik olaraq ildə bir dəfə ginekoloqa müraciətin vacibliyini izah etsinlər. Digər bir tərəfdən, qızınızı insan papilloma virusuna qarşı peyvəndləşdirərsinizsə , onu dövrümüzdə geniş miqyasda yayılmaqda olan papilloma və kandilomalardan müdafiə etmiş olarsınız .Eyni zamanda uşaqlığın xərçəngi riskini kəskin sürətdə aşağı salmış olarsınız. Bütün bunları necə və nə zaman həyata keçirilməsinin labüdlüyünü isə anaya həkim-ginekoloqlarımız izah edə bilərlər.

 

► Sonsuzluğun müalicəsi. (burada baxın) ►►►

Hətta “sonsuzluq “ diaqnozu bu günkü günümüzdə son qərar kimi səslənmir. Müasir ginekologiya təbii doğuşun uzun ömürlülüyünə yaxından köməklik məqsədilə çoxşaxəli metodlar təklif edir. Həkimlərimiz qadınlarda hormonal fon pozğunluqlarının korreksiyasını, yumurta hüceyrələrin yaranmasının stimullaşdırılmasını, öz əri və ya donorun spermaları ilə süni mayalandırma prosedurasını, eləcə də ekstrokorporal mayalanmanın tətbiqini həyata keçirə bilirlər.

 

► Mamalıq. Hamiləliyin idarə olunması. (burada baxın) ►►►

Məhz qadınlar üçün hamiləlik və uşağın doğuşu kimi ən mühüm və təkrarolunmaz dövrləri həkim-ginekoloqların nəzarəti ilə həyata keçirilir. Mamalıq-hamiləlik və doğuşa aid olan ginekologiyanın çox mühüm ayrıca bir bölməsidir.

 

► Cavanlığın uzadılması. (burada baxın) ►►►

Bizim ginekoloq-endokrinoloqlar sizlərə əvəzedici hormonoterapiyanı təklif etməklə qadın cavanlığının qorunub saxlanmasında, eləcə də klimaksın bir sıra vegetativ sıxıntılarından yaxa qurtarmaqda köməklik edə bilər.

 

Ən əsası onu bilmək lazımdır ki, digər xəstəliklərdə olduğu kimi, ginekoloji patologiyaların öncədən qarşısının alınması onun müalicəsindən daha asandır. Profilaktik olaraq həkimə müraciət qadınlarımızın normal həyat tərzinə çevrilməlidir. Çünki istənilən qadın xəstəliklərinin ilkin mərhələlərinin aşkarlanması onun müalicəsində daha çox şans yaratmaq imkanı verir.

Klinikamıza zəng vurun, 24 saat xidmətinizdəyik.

Telefonlar: +994 12 4970911