Təcili yardım






Gündəlik olaraq MediClub növbəyə yüksək keçiricilik xüsusiyyətinə malik, tam intiqal ötürücülü avtomobillər də daxil olmaqla, 12 ambulans çıxarır. Təcili tibbi yardımın göstərilməsi ölkəmizin bütün ərazisini əhatə edir. MediClub adı Azərbaycanda ən yaxşı təcili yardım xidmətinin nişanəsi kimi ümumi ismə çevrilib. Ambulansların aparıcı istehsalçıların avadanlıqları ilə təchiz edilməsi beynəlxalq standartlara müvafiqdir və müvəqqəti immobilizasiya dəstləri, pasiyentin təxliyyəsi üçün vasitələr, ağciyərlərin süni tənəffüsünü, defibrillyasiyanın aparılmasını və monitorla təqib etməni təmin etmək üçün avadanlıqları özündə birləşdirir. Çağırışın səbəbindən asılı olaraq maşınlar əlavə dəstlərlə təchiz edilir. 

Bizim briqada ixtisaslaşdırılmış həkim, feldşer və təxirəsalınmaz yardımın aparılması vərdişlərinə öyrədilmiş sürücüdən ibarətdir. Bütün bunlar yaşından və pataloqiyanın ağırlıq dərəcəsindən asılı olmayaraq pasiyentlərin nəql etməsinə imkan verir. Personalın yüksək ixtisasının təsdiqi təcili və təxirəsalınmaz yardım üzrə müraciətlərin sayının daim artması və MediClub briqadalarının təxirəsalınmaz yardımın göstərilməsi üçün digər xəstəxanalara çağırılmasıdır. Yalnız Bakı üzrə il ərzində 6000-nə qədər çağırış qəbul olunur

Bizim təcili yardım maşınları ambulansların hərəkətinə klinikadan nəzarət etmək, əlverişli marşrut seçmək, xəstənin vəziyyətinə monitorinq aparmaq, klinikanın aparıcı mütəxəssisləri ilə audioəlaqə yaratmaq, müştərək diaqnostika və müalicə proqramlarını tətbiq etmək və stasionarda müvafiq otaqları hazırlamaq imkanı verən əlaqə sistemləri ilə təchiz ediliblər. MediClub tibbin bütün sahələri üzrə mütəxəssislərin konsultasiyalarını, evdə, iş yerində USM və rentqen, laborator analizlərin götürülməsini, ekspres-testlərin aparılmasını və həmçinin praktiki olaraq istənilən vəziyyətdə olan pasiyentlərin istənilən tibb müəssəsinə təxliyyə edilməsini təşkil edir.

Bizə zəng edin, biz gecə-gündüz işləyirik.
Tel:
 +994 (12) 497-09-11/12/13
Pediatrik klinika: +994 (12) 498-89-11