MediClubun ailəsi






Özünün peşəkarlığı və kommersiya müvəffəqiyyətlərinə görə şirkət ən əvvəl MediClub-ın təsisçisi və baş direktoru Sabir Adnayevə borcludur. Həkim, tibb elmləri namizədi, ölkənin dövlət səhiyyəsi sistemində böyük iş təcrübəsi olan istedadlı mütəxəssis Azərbaycanda özəl təbabətin yarandığı və MediClubin təşəkkül tapmasının ilk illərində ona dəstək olmağı bacarmiş və ətrafinda coxlu migdarda həmfikir və peşəkar işçiləri yığaraq güclü kollektiv yaratmışdır.

MediClub yüksək ixtisaslı tibbi xidmət göstərmək uğrunda aparıcı kompaniya olmağa çalışır. Keyfiyyət göstəriciləri şirkət üçün müvəffəqiyyətin və inkişafın əsasi kimi qiymətləndirilir.

MediClub şirkətin idarəetmə sisteminin daimi təkmilləşdirilməsinə çalışaraq universal beynəlxalq standartlar əsasında keyfiyyətli idarəetmə sistemini, işçilərin əməyinin mühafizə sistemini, pasiyentlərin təhlükəsizliyini, ətraf mühitin qorunmasına qayğı ilə yanaşma siyasətini inkişaf etdirir. MediClub göstərdiyi tibbi yardımın effektivliyini daima artıraraq öz pasiyentlərinin və korporativ müştərilərinin ehtiyaclarını maksimal olaraq təmin etməyə can atır. Bu istiqamət şirkətin təşkilati strukturunun təkmilləşdirilməsi, müasir tibbi və idarəetmə texnologiyalarının tətbiq edilməsi, şirkətin mütəxəssislərinin peşəkar inkişafı yolu ilə nail olunur. Pasiyentlərin etimadına və korporativ müştərilərlə uzunmüddətli həmkarlığa arxalanaraq, şirkətin əməkdaşları bu ideologiyaya etiqad edirlər: işdə əsas məqsəd-tibbi xidmətlərdən istifadə edən müştərilərə oriyentasiya. Məhz müştərilərimizin ehtiyaclarının öyrənilməsi və proqnozlaşdırılması keyfiyyətli nəticələrin əldə olunmasına gətirib çıxarır. Biz ehtiyacların nəzərə alınmasını gözləmirik, biz bunları qabaqcadan sezməyə çalışaraq ən yüksək etik normaları və ümumi insani keyfiyyətləri özündə əks etdirən isti və dost münasibətləri cəmləşdirən professional qarşılıqlı əlaqələri qururuq.