Tibbi Daşınma





 

İl ərzində Medi Club kompaniyası dünyanın müxtəlif yerlərinə 120-dən artıq tibbi təxliyə həyata keçirir. Şirkət böyük iş təcrübəsinə malikdir, Azərbaycan və Gürcüstan Respublikalarının ərazisində yerüstü və hava yolu ilə tibbi təxliyələrin lideridir. 

Pasiyentlərimizin maliyyə durumunu tibbi yardımın beynəlxalq standartları ilə birləşdirərək kompaniyamız tibbi daşıma üzrə geniş spektrli xidmətlər göstərir.

Professional avadanlıqla təchiz olunmuş, həkim briqadasının müşayiəti ilə xəstələrin ağırlıq dərəcəsindən asılı olmayaraq dünyanın bütün ölkələrinə planlı, təcili həm adi müntəzəm aviareyslərin, həm də xüsusi təchiz olmuş hava nəqliyyatı vasitəsi ilə hava evakuasiyaları mümkündür. 

Biz aşağıdakı tanınmış kompaniyalarla əməkdaşlıq edirik: SOS(Fransa), WİHURİ AVIATION(Finlandiya), REDSTAR(Türkiyə). Çatdırılma imkanlarının geniş olması təxliyələri helikopterlər və turboreaktiv təyyarələrlə münasib qiymətə həyata keçirməyə imkan verir. Biz 24 saat işləyirik, çoxdilli personalımız var. Tibbi təxliyə üçün mütəxəssis komandasının seçimi və avadanlığın hər özəl vəziyyətə uyğun yığılması şirkət tərəfindən yerinə yetirilən təxliyələrin güclü tərəfidir.

Siz 24 saat, həftənin 7 günü tibbi təxliyənin təşkili barəsində telefonla lazımi tövsiyələr almaq üçün MediClub-a zəng vura bilərsiniz. Bizə tibbi qurumlar, kompaniyalar, fiziki şəxslər müraciət edirlər.

Bizə zəng vurun ,biz 24 saat işləyirik.

Tel: +994 12 4970911 (12, 13) 
Pediatriya: +99412 4988911