Diaqnostika





MediClub diaqnostik xidməti təcili yardımla sıx əlaqədə olan və gecə-gündüz fəaliyyət göstərən kardilolgiya, rentgenologiya, ultrasəs və endoskopik müayinələr sahəsində böyük iş təcrübəsinə malik olan mütəxəssis həkimləri özündə birləşdirir. Diaqnostik yardım MediClub klinikalarında, digər tibbi müəssisələrdən çağırılmaqla və ev şəraitində həyata keçirilir.İl ərzində 6000 qədər müayinələr və onlarla bağlı müalicəvi müdaxilələr yerinə yetirilir. Rentgenoqrafıyada rəqəmsal texnologiyalardan istifadə edilməsi müayinələrin həyata keçirilməsi vaxtını xeyli azaltmış və daha az şüalanma dozalarında onların keyfıyyətini artırmışdır. Müayinələrin nəticələri uzun müddətə arxivləşdilirir.


EKQ və arterial təzyiqin gündəlik monitorınqin aparılması həkim-kardioloqa xəstənin onun öyrəşdiyi mühitdə vəziyyətinin dəqiq təsvirini izləməyə imkan verir.
MediClub-da həm gecə, həm də ki gündüz video-EEQ monitorinqinin aparılması imkanı vardır ki, bu da diaqnozun dəqiqləşdirməsi və adekvat terapiyanın təyin edilməsi üçün böyük əhəmiyyət daşıyır.
ExoKQ, damarların, daxili orqanların, kiçik substansiyaların və oynaqların USM, dölün vəziyyəti və cinsinin müəyyən edilməsi, transvaginal və rektal skanetmə, transkranial doplerqrafıya - bizim mütəxəssislər tərəfindən tətbiq olunan xəstənin müayinə edilməsi metodikaları siyahısına daxildir. Yüksək həlledici qabiliyyəti, energetik Dopler rejimlərinin mövcudluğu, 3D və 3D real-time yüksək məlumatverici diaqnostikaya nail olmağa yardım edir.

MediClub-ın informasiya tibbi sistemi, yəni bizim xəstələrlə bağlı yüzlərlə məlumatlar bazasını və tibbi sorğu məlumatını birləşdirən MedİnfoSys® sistemi xəstənin tibbi müayinələrinə dair sənədlərin saxlanması, ehtiyat üçün surətlərinin çıxarılması və çeşidlərə ayrılmasını təmin edir və kompüter şəbəkəsi vasitəsilə klinikanın istənilən həkiminə hər iş yerindən istənilən vaxt onu maraqlandıran xəstənin müayinə nəticələrini nəzərdən keçirməyinə imkan verir.
Stress-testlərin tətbiq edilməsi koronar ehtiyatı vaxtında aşkar etməyə və gələcək müalicə və müayinəsi üçün xəstəni istiqamətləndirməyə imkan yaradır.
Fibrobronxoskopiya, fibroqastroduodenoskopiya, prokto-, siqmo- və kolonoskopiya rigid və çevik texnikadan istifadə edilməklə MediClub-da diaqnostik və müalicəvi müdaxilənin aparılması üçün tətbiq edilir.

Müayinəyə aşağıdakı telefonlara zəng etməklə yazıla bilərsiniz. Bizə zəng edin, biz gecə-gündüz işləyirik.

Tel.: +994 12 497 09 11 (12, 13) Pediatriya şöbəsi: +994 12 498 89 11, +994 12 598 19 11