Tibbi Asistans




 


MediClub CIGNA Insurance (ABŞ), GMS (Fransa), Global Voyager Ass (Fransa), AXA (BB), BUPA (BB), Mondial Assistance, Europe Assistance (BB), Mutuaide Assistance (Fransa), Vanbreda (Belçika), IAG (Qazaxıstan), IMEDI-L (Gürcüstan), International Claims Services kimi sığorta şirkətləri ilə tibbi assistans kompaniyası şəklində uzunmüddətli iş təcrübəsinə malikdir.

MediClub korporativ saziş səviyyəsində Azərbaycanın könüllü tibbi sığorta bazarının birincisi olan А-Group sığorta kompaniyasının tibbi xidmət üzrə əsas provayderidir. MediClub şirkətinin müxtəlif şöbələri təkcə sığortalı işçilər üçün deyil, həm də ailə üzvlərinə də tibbi xidmət göstərirlər.

MediClub kompaniyası sığortalı xəstələrə göstərilən tibbi xidmətin koordinasiyası üçün öz tərkibində  Alarm Centre saxlayir. Həkim-koordinatorlar və mərkəzin digər əməkdaşları fəaliyyət planının alqoritminə əsaslanaraq ixtisaslaşdırılmış tibbi qərarların qəbul edilməsinə qadirdirlər. Sutka ərzində azərbaycan, ingilis, türk və rus dillərində danışıqlar aparılır.

Hər hansı bir başqa tibb müəssisəsində aparılacaq ixtisaslaşdırılmış müayinə və müalicə edilməsinə labüdlük yaranarsa, MediClub şirkəti pasiyenti müşayiət etmək məqsədi ilə tibbi terminologiyanı mükəmməl bilən təcrübəli tərcüməçi təqdim etməyə hazırdır.

MediClub başqa assistans kompaniyaları kimi aşağıdakı bütöv siyahılı paket xidmətləri təklif etməyə hazırdır:

1. Tibbi briqadalar vasitəsilə təxirəsalınmaz və planlı tibbi təxliyə.

  • Azərbaycan və Gürcüstan ərazisində tibbi ambulanslar vasitəsilə təcili, təxirəsalınmaz və planlı təxliyələr.
  • Azərbaycan ərazisində tibbi hava təxliyələri.
  • Azərbaycan ərazisindən dünyanın istənilən nöqtəsinə tibbi hava ambulansı və ya adi reys təyyarələri ilə tibbi hava təxliyələri.

2. Müxtəlif sığorta proqramları üzrə sığortalı şəxslərə göstəriləcək geniş xidmət spektrləri.

  • Tibbi təcili, ambulator və stasionar yardımı.
  • Pasiyentin müayinəsini və müaliçəsini davam etdirəcəyi yerdə klinikanın həkimləri və sığorta kompaniyasının əməkdaşlari tərəfindən sənədli müşayiət.
  • Təyyarə biletlərinin təşkili və sifarişi və pasiyentin hava limanına catdırılması.
  • Viza alinmasının təşkili.
  • Pasiyentin hava limanında qarşılanmasının bizim nümayəndə tərəfindən təşkili.
  • Pasiyentlərin və onların ailə üzvlərinin Azərbaycan və Gürcüstan ərazisində mehmanxana xidmətləri ilə təmin olunması.
  • Tərcuməçi ilə təminat.
  • Yaranan problemlərin cözülməsinə yardım.
  • Maliyyə dəstəyi.
  • Digər dəstək növləri.

3. Dünyanın istənilən nöqtəsinə repariasiya xidməti.

  • Meyidin repatriasiyaya qədər xüsusi soyuducularda saxlanılması.
  • Hava təxliyəsi ücün sinklənmiş tabutun sifarişi və hazırlanması.
  • Meyidin göndərilməsinin təşkili.

4. Azərbaycan ərazisində avtomobillərin kirayəsi.


Yuxarıda göstərilən və digər məsələlər üzrə bizimlə əlaqə saxlaya bilərsiniz +994 (12) 497-09-11