Şirkət üzrə məlumat




 

MediClub – Azərbaycanın ilk özəl milli tibbi assistans şirkətidir. Yarandığı vaxtdan (1998-ci il) MediClub rəhbərliyi beynəlxalq tibbi standartlara əsaslanan keyfiyyətli tibbi xidmət göstərməyə, yüksək səviyyəli tibbi kadrların işə cəlb edilməsi və hazırlanması yolunu tutmuşdur.

MediClub – Şahdəniz, Rusiya və Səngəçal terminalından başlayaraq (Azərbaycan Respublikası) Supsayadək (Gürcüstan Respublikası) Bakı - Ceyhan kimi neft kəmərlərinin əsas tibbi operatorudur. Tibbi təminat təcili və təxirəsalınmaz yardım, poliklinika, stasionar xidməti, sənaye təbabəti və tibbi təxliyədən ibarətdir.

1999-cu ildən başlayaraq MediClub şirkəti dəfələrlə Azərbaycan və Gürcüstan ərazisində Britiş Petroleum, Şell, Statoil, Unokal, RAMKO, Exxon, Kvaerner, Delta, Amerada – Hess kimi şirkətlərin elan etdiyi tibbi yardım xidməti tenderlərinin qalibi olmuşdur.

MediClubın tibbi xidmət sistemi hər il sonucu müsbət xarakterli olan və şirkəti sənaye obyektlərində fəaliyyət göstərən məşhur xarici tibbi yardım provayderləri ilə bir sıraya qoyan beynəlxalq xarici audit keçir. Şirkətin İdarəetmə sistemi Azərbaycan bazarını fəth etmək uğrunda mübarizə aparan 300-dən artıq özəl tibb kampaniyalarının fəaliyyət göstərdiyi məkanda ciddi rəqabət məktəbi keçmişdir. MediClub UKAS tövsiyələrinə əsaslanan İSO 9001-2007 keyfiyyətOHSAS 18001-2009 təhlükəsizlik universal beynəlxalq standartlarının sertifikatlarının daşıyıcısıdır.

MediClub OGUK tövsiyələrinə uyğun sənaye obyektlərində öz fəaliyyətini davam etdirir. Həkimlər beynəlxalq PİN koda malikdir. Tibb işçilərinin peşə sığortası bütün nov tibb fəaliyyətlərinə şamil olunaraq UK və North America standartlarını özündə cəmləşdirir. MediClub şirkətinin Böyük Britaniyanın London şəhərində də nümayəndəliyi vardır.>

Tibbi məlumat sistemi MedInfoSyst® şirkət daxilində müəllif hüquqları qorunmaq şərti ilə işin spesifikası nəzərə alınaraq yaradılmışdır. Bu sistem korporativ şəbəkənin bütün fəaliyyət sahəsini özündə cəmləşdirərək tibbi sığorta müəssisələri ilə qarşılıqlı əlaqədə qeydiyyat, nəzarət aparmağa və vaxtı vaxtında faktiki materiala əsaslanan inzibati qərarların verilməsinə və səmərəliliyin idarə olunmasına kömək edir.

MediClub adı yüksək keyfiyyətli tibbi xidmət, yüksək səviyyəli işçi reputasiyası, vəzifə borclarının cavabdehliklə yerinə yetirilməsi, operativ, davamlı və düzgün idarəetmə qərarlarının qəbul edilməsi ilə səciyyələndirilir. Bu gün şirkətdə 49 elmlər namizədi, 21 tibb elmləri doktoru və 400-dən artıq əməkdaş çalışır. Bütün rəhbər vəzifələrdə çalışan işçilər şirkətin yarandığı vaxtdan öz sənət və idarəetmə bacarıqlarını artıraraq burada fəaliyyət göstərirlər. Əməkdaşlar işə müsabiqə əsasında bir necə dil bilmək şərti ilə qəbul olunurlar. MediClub şirkətinin tibbi kadrların hazırlanması üçün özəl sistemi vardır. Həmcinin, əməkdaşlar vaxtaşırı Avropa və ABŞ-in mütəxəssis hazırlığı mərkəzlərində təlimat kurslarına göndərilirlər.

 

Baş  Direktor
S.A.Adnayev