Sərəncam




 

“MediClub” Co Ltd

SƏRƏNCAM №MC016

 

Bakı                                                                                       15.03.2013

 

      İstehsal zərurəti ilə əlaqədar

 

Son vaxtlar “MediClub” klinikası ilə müqavilə əsasında işləyən müxtəlif əcnəbi kompaniyaların əməkdaşlarına tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq orta tibbi personalın ingilis dilini bilməsi son dərəcə vacibdir.

“MediClub” klinikasının rəhbərliyi Azərbaycan Respublikası Əmək Məcəlləsi 157-ci maddəsinin (“Əməyin ödənilməsi sistemi və növləri”) 5  bəndinə “… əmək şəraiti ilə əlaqədar … həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir” əsasən  ingilis dilini bilən orta tibb personalın əmək haqqına əlavə etmək məqsədi ilə

 

Qərara alıram:

 

1.     “MediClub” klinikasının ingilis dilini bilən orta tibb personalının bilik səviyyələrindən asılı olaraq əmək haqlarına 50-150  manat əlavə edilsin.

2.     Orta tibb personalın ingilis dilinin bilik səviyyəsi test üsulu ilə yoxlanılsın və aşağıdakı cədvəl üzrə əmək haqlarına pul məbləği əlavə edilsin:>

“İntermediate” səviyyəsində bilən – 50 manat;

“Upper İntermediate” səviyyəsində bilən – 100 manat;

“Advance” səviyyəsində bilən – 150 manat.

3.     2 bəndində yazılmış dəyişiklik yeni işə götürülən əməkdaşlara da şamil edilsin.

4.     Kadrlarla iş üzrə mütəxəssis R.Əsgərova əmrin mətnini bütün kollektivin nəzərinə  çatdırsın.

5.     Əmrin icrasına nəzarət “MediClub” klinikasının tibbi direktoru S.Ş.Cəfərovaya  həvalə edilsin.

 

 Baş  Direktor
S.A.Adnayev