Təcrübə keçmə qaydaları




 

MediClub klinikalarında təcrübə keçmək üçün qoyulan tələbat.

А.      Klinikanin qoyduğu tələblərə uyğun uniformanın olması.

В.      Klinikada qüvvədə olan davranış qaydalarını bilmək və yerinə yetirmək.

С.      Təcrübə keçmə cədvəlini bilmək və yerinə yetirmək.

MediClub klinikalarında təcrübə keçmək qaydaları

1.      Təcrübə keçmək üçün aşağıdakı sənədləri kadrlar şöbəsinə təqdim etmək lazımdır:

a.      Tərcümeyi-hal

b.      MediClub blankı(application form)

c.       2 ədəd rəngli fotoşəkil

d.      Təhsil və təkmilləşdirmə kurslarının sənədlərinin surəti

e.       Kadrlar uçotu vərəqəsi

f.       Zəmanət məktubları

2.      Müsahibəni keçdikdən sonra elekron bazaya təcrübə kecənin məlumatları daxil edildikdən sonra personal üzrə menecerdən təcrübə kağızını alır.

3.      Personal üzrə menecer təcrübə kecənə tibbi müayinədən keçmək üçün blank təqdim edərək onu qeydiyyat şöbəsinə göndərir Qısa müddət ərzində qeydiyyat şöbəsi təcrübə keçənin tibbi müayinədən keçməsini təmin edir.

4.      Təcrübə kecənin təhkim olunduğu şöbə müdiri ona əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi haqqında giriş təlimatı kecərək təcrübə kağızında lazımi qeydiyyatları aparır.

5.      Təsdiq edilmiş siyahıya uyğun tibbi baxış keçir.

6.      Təcrübə planı üzrə keçirilmiş iş vaxtından sonra təcrübə kecən şəxs təcrübə kagizini şöbə müdirinə təqdim edir. O da öz növbəsində sənədləri imzalayaraq kadrlar şöbəsinə təqdim edir.

7.      Şöbə müdiri tərəfindən təsdiqləndikdən sonra təcrübə keçən şəxs ham təcrübə kağızını, həm də tibbi müayinə blankını kadrlar şöbəsinin müdirinə tibbi direktora təqdim etmək üçün verir.

8.      Yekun təsdiqləmədən sonra təcrübə vərəqəsi kadrlar şöbəsinə şəxsi işə tikilmək üçün göndərilir.

 

Bizə zəng edin   +994 12 4970911

Karyera  səhifəsinə qayıtmaq