MediClub klinikasının laboratoriyası

5 okt. 2016


MediClub klinikasının laboratoriyası RİQAS (Randox İnternational Quality Assessment Scheme)proqramının iştirakçısıdır.RİQAS proqramı RANDOX kompaniyası tərəfindən hazırlanmış bir proqramdır.RİQAS-xarici  keyfiyyətə nəzarət  sistemidir.RİQAS aşağıda adı çəkilən təşkilatlar tərəfindən tanınmış və akkreditə olunmuşdur:

1)İSO 9001,İSO 13485:2003

2)Böyük Britaniyanın keyfiyyətə nəzarət edən Milli Konsultativ Qrupu(NQAAP)

3)Keyfiyyəti təmin edən Birləşmiş İş Qrupu (JWGQA)

4)Birləşmiş Krallığın akkreditasiya şöbəsi tərəfindən ilk akkreditə olunmuşdur(UKAS)

Bu sertifikatlar RİQAS sisteminin yüksək keyfiyyətini və üstünlüyünü vurğulayır.

Xarici keyfiyyətə nəzarət - istənilən laboratoriyanın ən mühüm aspektlərindən biridir.Bu proqramda iştirak etmək, etibarlı və dəqiq nəticələr verməyə  imkan yaradır.Dəqiq nəticələr isə dəqiq diaqnoz qoymağa və pasienti düzgün müalicə etməyə kömək edir.

Hal-hazırda  RİQAS proqramında 100  ölkədən  22000 laboratoriya iştirak edir.

Azərbaycanda ilk dəfə MediClub klinikasının laboratoriyası RİQAS proqramında iştirak edib.Bizim laboratoriya 4 proqram üzrə iştirak etmişdir və sertifikatlandırılmışdır:Hematologiya,Biokimya,İmmunoferment və Koaquloqramma proqramları.